Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (1-03-2017, 14:10)
“O, qorxusundan dövlətə dəymiş zərəri ödəyib” – Vidadi Zeynalov

vidadi_zeynalov_azpolitika info

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediatv.az:   APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatət qaldıraraq, bildirib ki, əsas diqqəti ittihamın əsaslarına yönəltmək istəyir: “İttiham aktında hər bir təqsirləndirilən şəxs barədə, xüsusən də Vidadi Zeynalov haqqında kifayət qədər ziddiyyətli və əsassız məqamlar var. Vidadi Zeynalov maddi-məsul şəxs olmamaqla Rabitə Nazirliyinin tabeliyində olan sərbəst struktur bölməsinin rəhbəri olmaması və onun aparat rəhbəri kimi buna faktiki səlahiyyətləri olmadığı halda, istintaq orqanı tərəfindən Vidadi Zeynalova qarşı irəli sürülən cinayət Məcəlləsinin müaviq maddələri ilə verilən ittiham da əsaslı ola bilməz”.
Vəkil qeyd edib ki, ittiham aktında Məhəmməd Məmmədov və Oqtay Rüstəmova aid hissələrdə göstərilib ki, həmin dövr üzrə ƏDV ilə birlikdə 95 milyon 425 min manat vəsaitin saxta hesabatlarla tərtib etməklə, başqa-başqa telekomunikasiya qovşaqlarına köçürərək pulları sənədləşdiriblər: “ƏDV ilə birlikdə 54 milyon vəsaitdən 42 milyonu nağdalaşdıraraq 37 milyon manatı Vidadi Zeynalova verib, 4 milyon 200 manatı özünə qalıb, 234 min manatı isə Oqtay Rüstəmova verib”.
Elxan Süleymanlı əlavə edib ki, Məmməd Məmmədovun ifadəsinə “Aztelekom” MMC-dən 2009-2015-ci illərdə daxil olmuş 128 milyon manat xidmət haqqı “Aztelekom” MMC tərəfindən nazirliyin göstərişi ilə telefon qovşağına, Azərpoçt MMC-yə, “Qafqaz-s” MMC-yə, “Optik Rabitə Montaj”, “Kompas” və digər MMC-lərə köçürülüb, həmin vəsaitdən nazirliyin xəzinəsinə pul verilib.
Elxan Süleymanlı qeyd edib ki, burda iki epizod üzrə əsas ittihamlar verilib, onlar da bir-biri ilə ziddiyyət təşkil edir: “Biz məhkəmədən xahiş edirik ki, ekspertiza keçirilsin həmçinin bu ifadələri araşdırılsın”.
Elxan Süleymanlı həmçinin Qəbələ, Şirvan və Sabirabad telefon qovşaqlarının rəislərinin ifadələrinin elan edilməsini istəyib.

Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev etirazını bildirib. O qeyd edib ki, vəsatətləri var, onlarda Vidadi Zeynalovun ifadələrini elan edilməsini istəyib.

Daha sonra Vidadi Zeynalovun digər vəkili Ceyhun şahid Fətulla Baxəşəliyevin ifadəsinin elan edilməsini istəyib. Bildirib ki, Məhəmməd Məmmədov 4,6 milyon manat mənimsəmədə ittiham edilir.

Bu zaman təqsirləndirilən Məhəmməd Məmmədov Vidadi Zeynalova etiraz edib: O,“Vidadi Zeynalov məndən nə istəyirsən, mənimlə problemin var?”-deyə bildirib.

Vidadi Zeynalov isə onunla heç bir işi olmadığını deyib.

Hakim qeyd edib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələləri araşdırmağa bir gün ayrılacaq.
Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev bildirib ki, Məhəmməd Məmmədov heç kim pul verməyib.
Məhəmməd Məmmədovun vəkili Vidadi Zeynalovun vəkillərini müvəkkilinin əleyhinə vəsatət verməkdə günahlandırıb.

Vidadi Zeynalov isə bildirib ki, onun və vəkillərinin məqsədi Məhəmməd Məmmədovun əleyhinə danışmaq yox, istintaqın düzgün aparılmamasını sübut etməkdir: “Hamı bilir ki, Məhəmməd Məmmədov nə pul alıb, nə də pul verib. Ancaq qorxusundan dövlətə vurulan ziyanı ödəyib. Məqsədimiz istintaqın obyektiv aparılmasına nail olmaqdır”.

Təqsirləndirilən Namazəli Məmmədovun vəkili Könül Əliyeva isə mühasibat ekspertizasının təkrar keçirilməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıb.
Məhkəmədə sənədlərin tədqiqi davam etdirilib.

Proses martın 3-də davam etdiriləcək.

cinayət işində olan sənədlərin tədqiqi davam etdirilib. İş materiallarında təqsirləndirilən “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmovun istintaqa verdiyi ifadə elən olunub. O. Rüstəmov isə istintaqdakı ifadəsini təsdiqləmədiyini deyib.

Vidadi Zeynalov isə O. Rüstəmovun ibtidai istintaqa verdiyi ifadəsinə etiraz edərək, ona irad tutub: “Orda demisən ki, mənim göstərişimlə qovşaq rəislərindən pul almısan. Müəyyən məbləğlərdən danışmısan. Bu, absurddur”.

Proses martın 1-də davam etdiriləcək.

Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024