Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (20-01-2017, 11:16)
Azərbaycanın Baş Prokurorluğu: "Qorbaçov ifadə verməkdən imtina edir"

Ötən il dekabrın sonunda Vilnüs məhkəməsi SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovu 1991-ci ildəki Litva hadisələri işi üzrə şahid kimi ifadə verməyə çağırmışdı. Çağırış vərəqi ona hələ 28 dekabrda verilmiş və bu barədə məhkəməyə M.Qorbaçovun imzası ilə bildiriş təqdim olunmuşdu. Ancaq məlum deyil ki, şahid prosesə şəxsən gəlmək niyyətindədir, yoxsa video-konfrans vasitəsi ilə ifadə vermək istəyir.

Mediatv.az:   Virtualaz.org bildirir ki, bunu KİV-ə bu məhkəmə prosesinə sədrıik edən hakim Aynora Korneliya deyib.

 

Xatırladaq ki, 1990-cı ilin martında Litva Ali Soveti respublikanın müstəqilliyinin bərpasını elan etdi. SSRİ hakimiyyəti bu qərarı Konstitusiyaya zidd addım adlandırdı. Nəticədə 1991-ci ilin yanvarında Litvada icazə verilməmiş kütləvi etiraz aksiyaları başlandı və respublikaya Sovet ordusunun xüsusi bölmələri yeridildi. 13 yanvarda Vilnüsdə hərbçilərlə etiraz edənlərin toqquşmalarının gedişatında 14 insan həlak oldu, təxminən 600 nəfər xəsarət aldı.

O günlərin şahidi kimi M.Qorbaçovun dindirilməsi barədə qərarı Vilnüs Dairə Məhkəməsi hələ keçən ilin oktyabrında çıxarıb. Sovet İttifaqının keçmiş liderinin ifadələrini dinləmək xahişini qanlı yanvar hadisələri zamanı həlak olmuş Apolinaras Povilaytis Robertasın oğlu və onun vəkili ediblər. Qorbaçov özü ondan əvvəl inkar edirdi ki, Vilnüsdə atəş açmaq əmri verməyib.

Sovet qoşunlarının Vilnüsə yeridilməsi, 1991-ci il

Qeyd etməyə dəyər ki, bu, 90-cı illərin hadisələrinə görə M.Qorbaçovu məsuliyyətə cəlb etmək üçün edilən ilk cəhd deyil. Azərbaycanda Qorbaçovun 20 Yanvar qırğınına görə məsuliyyətə cəlb olunması və məhkəmə təqibinə başlanması barədə müvafiq prosedurun vacibliyi ilə bağlı təklif hələ 2003-cü ildə irəli sürülmüşdü. Sual yaranır: bəs Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusən də Baş Prokurorluq SSRİ-nin sabiq rəhbərinin dindirməsi üçün niyə lazımi qədər səy göstərmirlər?

Sovet qoşunlarının Bakıya yeridilməsi, 1990-cı il

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin başçısı Eldar Sultanov virtualaz.org-a bildirib ki, Azərbaycanın müvafiq orqanları Mixail Qorbaçovu istintaqa çağırmaq üçün dəfələrlə cəhd ediblər. Amma o hər dəfə ifadə verməkdən yayınıb. Bununla belə, Baş Prokurorluq Qorbaçovun cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq üçün istintaq tədbirlərini davam etdirir...

Yeri gəlmişkən, Litvanın sabiq prezidenti Vitautas Landsberqis Azərbaycan tərəfinə Bakıya və Vilnüsə Sovet ordusu qoşunlarının qanunsuz yeridilməsi faktı üzrə Avropa Məhkəməsinə müraciət üçün birgə iddia hazırlamağı təklif etmişdi. Və bu barədə haqqin.az-a müsahibəsində Landsberqis özü demişdi...

Məşhur vəkil Fuad Ağayev deyir ki, Qorbaçov Rusiyanın öz vətəndaşlarını başqa dövlətlərə verməməsi ilə bağlı ölkəsinin qanunlarından istifadə edərək ədalət mühakiməsindən qaçır. Ancaq F. Aqaevanın fikrincə, əgər Azərbaycan və Litva hüquq-mühafizə orqanları öz səylərini birləşdirsələr, Qorbaçovu insanlığa qarşı cinayətdə ittiham etmək olar.

Xatırladaq ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov özünün “Həyat və islahatlar” kitabında Sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb: “1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır”.

M.Qorbaçov həmin kitabında 20 Yanvar hadisələrinin səbəbləri barədə subyektiv mülahizələrini qeyd edərkən bu qanlı qırğına bəraət qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı guya Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub.

Bu qanlı hadisələrdən öz yaxasını kənara çəkməyə can atan M.Qorbaçov vicdansızcasına sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini “fövqəladə şəraitin” məcbur etdiyini yazıb: “1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqaladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı”.

Yeri gəlmişkən, ekspertlər deyirlər ki, bu hadisə Azərbaycan xalqına qarşı yönəldilmiş cinayət idi və cinayətkarların cəzalandırılması, üstündən 27 il keçməsinə baxmayaraq, hələ də gec deyil.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024