Kriminal (18-01-2017, 19:10)
Ölkədən dollar çıxaran şəxs tutuldu
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılması cəhdinin qarşısını alıblar.
Mediatv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul aviareysi ilə getmək istəyən Türkiyə Respublikasının vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.
Vətəndaşın çantası rentgen aparatından keçirilərkən monitorda pula bənzər təsvirlər görünüb. Daha sonra vətəndaşa məxsus əl çantasının yoxlanılması zamanı çantanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 477 ədəd, hər biri 100 ABŞ dolları nominalında, 130 ədəd isə hər biri 10 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 49 min ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.