Kriminal / Slayd (14-01-2017, 15:27)
Mövlam Şıxəliyev “bandotdel”ə aparılıb
Bir gecə “Bandotdel”də saxlanılan Mövlam Şıxəliyev hazırda sərbəst buraxılıb.
Mediatv.az: Ləğv edilmiş MTN-nin İstintaq baş idarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev yanvarın 13-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparılıb.
Gununsesi.info-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, M. Şəxəliyevin “Bandotdel”ə aparılmasınını səbəbi “MTN işi”ndə zərərçəkən şəxslərə ödəniləcək pulların qaytarılmamasıyla bağlıdır. Mənbənin verdiyi məlumata görə, M.Şıxəliyevin indiyədək azadlıqda qalmasının səbəbi də məhz onun MTN-də istintaqa cəlb edilən şəxslərdən qanunsuz olaraq aldığı pulları geri qaytarması ilə bağlı olub. Ancaq 1 ildən artıq zaman keçməsinə baxmayaraq, Mövlam Şıxəliyev həmin pulları qaytarmayıb.
Qeyd edək ki, əməkdaşımız M.Şıxəliyeva məxsus telefonlara zəng etsə də, həmin nömrələr daxil olan zəngləri qəbul etmir.