Kriminal (10-01-2017, 13:17)
Gömrükçülərdən əməliyyat – Narkotika ələ keçirildi
Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən monitorda şübhəli cizgilər müşahidə edilib.
Mediatv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gömrük əməkdaşı tərəfindən saxlanılan həmin şəxsin əl yükünə təkrar baxış zamanı içərisində dərman preparatları olan sellofan torbada, istehsal qablaşması pozulmuş vəziyyətdə 115 ədəd həb şəklində metadon aşkar olunub.
Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 115 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 4,6 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.