Kriminal (15-11-2016, 13:14)
Azərbaycanda baş redaktor, redaktor və müxbir həbs edildi
Biləsuvarda jurnalistlər tutulub.
Mediatv.az xəbər verir ki, Biləsuvar rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Bəydili kənd sakini Leyli Xudaverdiyeva polisə müraciət edərək özlərini "Tərəqqi TV" (tereqqi.tv) xəbər portalının baş redaktoru Aygün Həsənova, redaktor müavini Nahid Babayev və müxbir Elmir Əsgərov kimi təqdim edən şəxslərin Xırmandalı kəndində ona məxsus yeməkxanaya gəldiklərini, obyektdə əxlaqsızlıq yuvası saxlamasını iddia edərək bununla bağlı videoçəkiliş apardıqlarını və görüntünü sosial şəbəkədə yayacaqları ilə hədələyərək ondan 500 manat pul istədiklərini bildirib.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər Leyli Xudaverdiyevadan 200 manat pul alarkən tutulublar.
Onların rayonun Arazbarı kəndində kənd sakini Əli Quliyevə və Hacırüstəmxanlı kəndində İmişli rayon sakini Fazilə Səfərovaya məxsus yeməkxanalara gələrək eyni üsulla Əli Quliyevdən 100 manat pul almaları, Fazilə Səfərovadan isə 500 manat tələb etmələri də müəyyənləşib.
APA