Kriminal (14-11-2016, 11:06)
Külli miqdarda narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısı alınıb, ümumilikdə 7 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Mediatv.az xəbər verir ki, DSX-nin mətbuat mərkəzindən APA-ya bildirilib ki, Füzuli rayonunun Böyük-Bəhmənli kəndindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınıb. Sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq, havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kq 578 qram marixuana aşkarlanıb.
Cəlilabad rayonu, Dələli kəndindəki sərhəd zastavasının xidməti sahəsində isə işarəverici qurğulardan daxil olmuş siqnal əsasında əraziyə baxış zamanı 1 ədəd bağlamada 2 kq 500 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024