Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Slayd (7-11-2016, 16:12)
MTN BP-nin işçilərini niyə dinləyib?

eldar mahmudov video

Ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyinin generalı Akif Çovdarovun ittiham olunduğu epiozodlardan biri, dövlət büdcəsinin mənimsənilməsi işi üzrə sabiq nazir Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov da istintaqa cəlb olunub.A.Çovdarov mənbələrin mükafatlandırılması adı ilə büdcədən 2 milyon 917 min manat pul mənimsəyib.

Mediatv.az xəbər verir ki, Çovdarov ifadəsində özünü təqsirli bilmədiyini deyib: “Nazirlikdə müvəqqəti cəlb olunmuş şəxslərə pul mükafatlarının verilməsi məsələsində maddi məsul şəxs idim. Əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün MTN Maliyyə İdarəsinin kassasından pul götürülməsi üçün keçmiş nazirin adına raportla müraciət edirdim, sonradan isə öz idarəmin əməkdaşlarına vəkalətnamə verirdim. Həmin əməkdaşlar da pulları götürüb müvəqqəti cəlb olunmuş şəxslərə verirdilər. Əməliyyat təminatı məqsədilə müvəqqəti cəlb olunmuş şəxslər barədə baş idarədə heç bir məlumat yoxdur. Heç bir rəsmiyyətdə əks olunmayıb. Tam məxfi rejim şəraitində onlarla əməkdaşlıq edilib və mükafatlandırılan şəxslərə pullar verilərkən məxfiçilik qaydalarına görə onlardan heç bir qəbz alınmayıb. Eyni zamanda əməliyyat başa çatdıqdan sonra həmin agentura hissəsi ilə bağlı bütün məlumatlar aktlaşdırılaraq məhv edilib. O pullar nazirə və ya nazirin köməkçisinə verilməyib”.

Qafqazinfo.info-nun iş üzrə dindirilən baş idarənin II İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Əliyev bildirib ki, A.Çovdarovun verdiyi vəkalətnamələr əsasında Maliyyə idarəsinin kassasından ümumilikdə 890 000 manat, 405 000 ABŞ dolları və 790 000 avro məbləğində pul götürüb və vəsaitləri nağd şəkildə heç bir sənədləşmə aparmadan ona verib: “Akif Çovdarov mənə raportlara əsasən alınmalı olan pul vəsaitlərini məlumat mənbələrinə şəxsən özünün təqdim edəcəyini dedi, lakin xəzinədarlıqdan pul götürməyi özünə sığışdırmadığına görə bu işi mənə həvalə etdi. Vəkalətnamələr də bu məqsədlə verilib. Təxminən 1 ay ərzində xəzinədarlıqdan təxminən 1 milyon manat götürüb Akif Çovdarova vermişəm. Bir qədər sonra məni xidməti iş otağına çağıraraq içərisində 1 milyon olan çantanı nazirin köməkçisinə verməyi tapşırdı. Mənə “bunların içində olan pullar mükafatlandırmaya dair alınmış vəsaitdir və mükafatı alacaq şəxslərə təqdim ediləcək” dedi. Mən də çantaları götürüb Eldar Mahmudovun köməkçisinə verdim. 2014-cü ilin əvvəllərində 2013-cü ilə dair maliyyə hesabatları aparılan zaman nazirin köməkçisi Vüqar Mahmudov zəng edərək maliyyə idarəsindən götürülən pullarla ona təqdim edilən pul arasında bir neçə min ABŞ dollar kəsir olduğunu dedi. Sonradan isə Vüqar Mahmudovun səhv hesablama aparması müəyyən edildiyindən həmin narazılıq aradan qalxdı”.

eldar-main

Sabiq nazir Eldar Mahmudovun köməkçisi olmuş, ehtiyatda olan polkovnik-leytenant Vüqar Mahmudov şahid qismində dindirilərkən bildirib ki, 2004-2015-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub: “Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyininin 6-cı Baş idarəsinin rəisi vəzifəsində işləmiş Akif Çovdarov və həmin baş idarənin 2-ci idarəsinin rəisi vəzifəsində işləmiş Akif Əliyevi nazirlikdə işlədiyi zaman xidməti fəaliyyətimlə bağlı tanımışam”.

V.Mahmudov büdcədən pulun mənimsənilməsi ilə bağlı heç nədən xəbəri olmadığını deyərək məsələdə sabiq nazir Eldar Mahmudovun adının hallanmasına da aydınlıq gətirib: “Akif Çovdarov tərəfindən sabiq nazirə çatdırılması üçün mənə hər hansı pul vəsaiti, o cümlədən ümumilikdə 890.000 manat, 405.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin göndərilməsi halları olmayıb”. 

Bundan əlavə Akif Çovdarovun işi üzrə zərərçəkənlərdən biri də BP şirkətinin əlaqələr üzrə aparıcı mütəxəssisi İbrahimov Emil Əli oğlunun istintaqa ifadəsi açıqlanıb.Virtualaz.org xəbər verir ki, onun adı bir qrup sahibkarın telefonlarının qanunsuz dinlənilməsi epizodu üzrə keçir. Belə məlum olur ki, Çovdarovun idarəsi həmin əməkdaşa BP tərəfindən verilmiş korporativ telefon nömrəsini qanunsuz dinləməyə qoyub.

Emil İbrahimov ifadəsində deyib ki, 2014-cü ilin aprel ayından BP-də əlaqələr üzrə aparıcı mütəxəssis işləyir. İşi şirkətin həyata keçirdiyi layihələr üzrə əlaqələndirməni həyata keçirməkdir. İbrahimovun bildirdiyinə görə 2015-ci ilin may ayında, saat 10 radələrində onun həmin telefon nömrəsinə zəng edilib. Zəng edən şəxs özünü MTN əməkdaşı kimi təqdim edib, ona bildirib ki, təcili nazirliyə gəlsin.

BP əməkdaşı cəmi iki saat sonra MTN-də olur. Onu qapıda qarşılayıb MTN-nin inzibati binasının 4-cü mərtəbəsinə (Çovdarovun idarəsinin yerləşdiyi mərtəbəyə) qaldırırlar. İbrahimovu dəhlizdə bir qədər gözlədirlər və daha sonra otaqlardan birinə aparırlar. Orada onu 35-37 yaşlı, adını, vəzifəsini bilmədiyi MTN əməkdaşı qəbul edib.

Həmin MTN vəzifəlisi əvvəlcə BP əməkdaşından ümumi məlumatları soruşur, şirkətdə işinin nədən ibarət olduğu haqda suallar verir. İbrahimov bildirir ki, işi əsasən TANAP və TAP qaz kəmərləri layihəsi ilə bağlı əlaqələndirməni həyata keçirməkdən ibarətdir. MTN əməkdaşı (Çovdarovun idarəsinin işçisi Akif Əliyev)  bu zaman BP əməkdaşına TANAP və TAP layihələri ilə bağlı şübhəli sual verir. “Bu layihələrin Azərbaycan respublikası üçün hansı siyasi riskləri var?”-deyə ondan soruşur.

BP işçisi cavabında deyir ki, bu kimi siyasi suallara cavab vermək səlahiyyətində deyil. Çünki işi ancaq şirkətdaxili əlaqələndirmədən ibarətdir. Daha sonra MTN əməkdaşı torpaq və əmlak proqramı ilə əlaqəli suallar verib. İbrahimovu MTN-də təxminən 3-4 saat saxlayıblar. Deyir ki, nazirlikdə ona qarşı qanunsuz rəftar olmayıb, MTN işçilərindən heç kimi şəxsən tanımır.

Bu epizoddan məlum olur ki, Çovdarovun idarəsi “Avromed” MMC-nin direktoru Elşad Abdullayevin, əczaçılıq sektorunda fəaliyyət göstərən “Paşalar” MMC-nin təsisçisi Vüqar Əliyevin, tibbi ləvazimatların satışı ilə məşğul olan “Vivalap” firmasının rəhbəri İlqar Budaqovun da telefonlarını dinlədib.

Zərərçəkmiş şəxslərdən İlqar Budaqov deyir ki, onun “Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən ofisinə 2015-ci ilin mart ayında bir qrup MTN əməkdaşı daxil olub. Onlardan biri özünü Azər Əliyev (ötən il özünü binadan ataraq intihar edib.-red)  kimi təqdim edib. Məhkəmə qərarını göstərərək ofisində axtarış aparılacağını bildirib. 1 saatdan çox axtarış aparılsa da MTN-çilər heç nə götürməyiblər. 

Ancaq Azər Əliyev deyib ki, Budaqov qeyri-qanuni dərman alveri ilə məşğul olur və 30 min manat verməsə onu “podvala basdıracaq”. Bir gün sonra MTN əməkdaşı ona zəng vurub biznesinə “krışalıq” təklif edir. Budaqov MTN-çinin dediyi məbləğə gücünün çatmadığını bildirir, Əliyev məbləği 10 minə salır. Ancaq sahibkar buna da razılaşmır. MTN-çi onu təhdid etməkdə davam edir. Nəhayət ona deyir ki, ayda 1000 manat versə biznesinə “krışalıq” edə bilər. Budaqov isə ayda 200 manata razılaşır, ancaq bir müddət sonra eşidir ki, “krışa” özünü yaşadığı evin “krışa”sından ataraq intihar edib…

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024