Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Slayd (3-11-2016, 16:12)
Nazirin ortağı həbs edildi

ziya_memmedovUkrayna Azərbaycanlıları Konqresi Donetsk vilayət şöbəsinin rəhbəri, iş adamı İqbal Mahmudovun qətlə yetirilnəsində adı keçən Qulam Ələkbərov Ukraynada saxlanılıb.

Mediatv.az xəbər verir ki, bu barədə pressday.az-a məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı olan Qulam Ələkbərov dörd gün qabaq ortagına sui-qəsd sifariş verdiyi vaxt ələ keçib.

Xatırladaq ki, bu hadisə ilə bağlı 2013-cü il aprelin 10-da keçirilən məhkəmədə şahidlərdən biri – Mahyəddin Kərimov bildirib ki, onun eşitdiyinə görə İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesi olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib.

Onu da xatırladaq ki, Qulam Ələkbərov bir qayda olaraq Ziya Məmmədovun tikinti layihələrini həyata keçirib. O, “A.Q İnşaat” şirkətinin sahibidir. Şirkətin adı Qulam Ələkbərovla Akif adlı ortağının baş hərfləridir. “A.Q Inşaat” şirkətinin adı o vaxtlar tikinti fırıldağında hallanırdı.
Onların Bakının Rəşid Behbudov küçəsində inşa etdirdikləri binada bir mənzilin bir neçə nəfərə satıldığı və bu yolla vətəndaşlara 1,5 milyon dollar dəyərində zərər vurduqları bildirilirdi.

Bundan başqa, Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. İşdən çıxarıldıqdan sonra “Gənclik”də “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. O, nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib.

Onunla bağlı maraqlı faktlardan biri də vaxtilə onun dövlət çevrilişinə görə istintaqa cəlb olunmasıdır. Əslən goranboylu olan Qulam Ələkbərov keçmiş briqada komandiri Rasim Əkbərovla yaxın münasibətləri olub. Briqada komandiri Heydər Əliyevə etibarsızlıq edəndə Qulam Ələkbərov da ona dəstək verib. Bu onun “Əkbərov işi”lə bağlı aparılan istintaqa cəlb olunması ilə nəticələnib. Lakin naməlum səbəblərdən Qulam Ələkbərov canını qurtara bilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024