Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (20-10-2016, 16:34)
Türkiyədə növbəti FETÖ əməliyyatı: azərbaycanlı tələbə tutuldu

Türkiyədə növbəti FETÖ əməliyyatı:
Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Mediatv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir şəhərinin müxtəlif ərazilərində keçirilən əməliyyat zamanı 98 nəfər yaralanıb, 35 nəfər tutulub, şübhəlilərdən 30 nəfəri isə sərbəst buraxılıb.

İzmir şəhərinin prokuroru Okan Batonun rəhbərliyi ilə Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən İzmirin mərkəzində və eyni vaxtda Ankara, Adana, Kütahya, Manisa və Trabzonda əməliyyat təşkil edildi. Haqqında həbs qərarı çıxarılan 30 nəfərdən 20-si həbs edildi. Tutulanlar arasında Türkiyə Silahlı Qüvvələrinin bir kapitan və 11 əsgərin də olduğu bildirlir. Digər 9 şübhəlinin isə 15 iyul çevrilişə cəhdin ardından bağlanılan səhiyyə və təhsil müəssisələrində çalışdıqları ortaya çıxıb.

Nəzarətə götürülən şübhəlilərin FETÖ mənsublarının kriptolu yazışma proqramı "ByLock"dan istifadə etdikləri və təşkilatın iclaslarında qatıldıqları iddia edilir. Digər 10 nəfərin isə hələ də axtarıldığı qeyd edilir.

İzmirin 5 il bölgəsində həyata keçirilən bir digər əməliyyatda isə, silahlı terror təşkilatına üzvlükdə günahlandırılaraq nəzarətə alınan 28 təhlükəsizlik mənsubundan 17-i çıxarılan məhkəmə qərarından sonra həbs olundu. Saxlanılanlardan 11 şübhəlinyə isə xaricə çıxış qadağası qoyuldu.

İzmir Jandarma Komandirliyi Kəşfiyyat Şöbəsinin və Güzelbahçe Jandarma Komandirliyi əməkdaşları tərəfindən keçən həftə nəzarətə alınıb məhkəməyə çıxarılan 37 nəfərdən 15-i həbs olundu. 18 nəfər isə xaricə çıxış qadağan olunmaqla azad edilib. Şübhəlilərin verdiyi ifadələr istiqamətində vətəndaşlardan himmət pulu adı altında pul yığdığı ortaya çıxan daha 10 nəfər nəzarətə alınıb. Güzelbahçe, Narlıdere və Balçova rayonlarında 11 ünvanda həyata keçirilən əməliyyatlarda nəzarətə alınanlar arasında İzmirdə oxuyan əcnəbi şagirdlər arasında Azərbaycan əsilli O.J.-nin və Güzelbahçe Böyük Region Tələbə təmsilçisi E.Y.-nin də olduğu bildirilir. Balçova imamı olduğu müəyyənləşdirilən Y.Ö.-nün isə tutulması istiqamətində işlərin aparılır. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024