Mediatv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tutulanlar "terror təşkilatına üzv olmaq", "terror təşkilatını maliyyə yardımı ilə təmin etmək" və digər maddələrlə təqsirli bilinirlər. Məlumatda bildirilir ki, ötən günlərdə 17 şübhəli həbs olunmuş, 46 nəfər sərbəst buraxılmışdı. İstintaq gedən ərəfədə isə şübhəli bilinərək tutulanların sayı 35 nəfərə çatıb və 60 nəfər sərbəst buraxılıb. Onların aralarında “Fi Yapı” şirkəti İdarə Heyətinin sədri Fikrət İnanın da olduğu 7 şübhəlinin tutulması üçün əməliyyatlar davam etdirilir.
"İhlas" Holdinq tərəfindən bir müddət öncə verilən açıqlamada Paksoyun yerinə başqa bir şəxsin icraçı direktor təyin ediləcəyi bildirilmişdi. Cahit Paksoy Akfa Holdinq istintaqı zamanı nəzarətə alınmışdı.
Qeyd edək ki, AKFA Holdinq və holdinqə bağlı 44 şirkətin 120 əməkdaşı FETÖ-yə yardımda şübhəli bilinir, 102 əməkdaş isə nəzarətə götürülüb.