Türkiyənin 31 əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı həyata keçirilmiş əməliyyat nəticəsində 55 nəfər tutulub.
Mediatv.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar FETÖ-yə üzv olmaqda şübhəli bilinirlər.
Məhkəmə Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatındakı (MİT) FETÖ-çü imamlarla bağlı aparılan istintaq tədbirləri çərçivəsində 31 əyalətdə 101 nəfərin tutulması haqda qərar çıxarıb. İndiyədək onların 55-i həbs edilib.