Ucarda qətl hadisəsi törədilib.
Mediatv.az xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.
Rayon sakini, əvvəllər məhkum olunmuş, 31 yaşlı Ramil Nəsirov toy günü həyat yoldaşı, 17 yaşlı Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb.
Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.
Hadisəni törədən R.Nəsirov saxlanılıb.
Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.