Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (2-02-2016, 13:47)
Jurnalisti ölüdürənlərin məhkəməsində insident

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Mediatv.az xəbər verir ki, prosesdə şahidlər – Asim Səmədov, Elnur Süleymanov, Anar Muxtarov və Pərviz Qabilzadə ifadə veriblər. Məhkəmə müdafiə tərəfinin verdiyi vəsatətə baxıb və onu təmin etməyib. Bu zaman təqsirləndirilən şəxslərin valideynləri hakim vəsatəti təmin etmədiyi üçün və həkimlərin işə cəlb olunması tələbi ilə məhkəmə zalında qarışıqlıq yaradıblar.

Nəticədə hakimlər zalı tərk ediblər. Bundan sonra qarışıqlıq yaradan şəxsləri zaldan çıxarmaq üçün məhkəmə nəzarətçiləri zala daxil olublar. Narazı şəxslər zaldan çıxarılıb. Bu zaman müdafiə tərəfi zalda səs-küy salaraq etiraz edib. Hakimin qərarı ilə R. Əliyevin ailə üzvləri zaldan çıxarılıb.

Proses fevralın 9-da davam etdiriləcək.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024