Kriminal (28-12-2015, 18:10)
Rauf Mirqədirov 6 il həbs olundu
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediatv.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə olan prosesdə hökm oxunub. Hökmə əsasən, R. Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.