Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (4-09-2015, 15:54)
Rauf Mirqədirovun həbs müddəti uzadıldı

Rauf Mirqədirovun həbs müddəti uzadıldı

Bu gün Nəsimi Rayon Məhkəməsində jurnalist Rauf Mirqədirovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Vəkil Elmar Süleymanov APA-ya bildirib ki, onların işə baxan hakim Şəlalə Həsənovaya verdikləri etiraz təmin olunub: "Rauf Mirqədirovla bağlı işə bundan əvvəl də Şəlalə Həsənova baxdığı üçün ötən gün keçirilən iclasda biz hakimə etiraz verdik. Həmin etiraz təmin olundu və işə hakim Azər Paşayevin sədrliyi ilə baxıldı".

E.Süleymanov məhkəmənin R.Mirqədirovun barəsində seçilmiş həbs -qətimkan tədbirinin müddətinin noyabrın 16-dək uzadılması barədə qərar qəbul etdiyini bildirib.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.  R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonuncu dəfə bu il mayın 6-da Nəsimi Rayon Məhkəməsi tərəfindən 4 ay uzadılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024