Mediatv.az-ın əldə etdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə görə, təqsirləndirilən şəxslərin hər ikisi 5 il müddətə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalında həbs olunublar.
Qeyd edək ki, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən “Metallurq” adlı kafedə əxlaqsızııq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək videogörüntülər çəkiblər. Özlərini jurnalist kimi təqdim edərək çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər. Hər iki şəxs Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunublar.