Təhsil (6-12-2023, 17:16)
Müəllimlərin maaşını kim kəsir? - AKTUAL
Məlumdur ki, 2022-ci ilin yayından etibarən təhsilverənlər sertifikasiya imtahanlarına cəlb edilib.
Təhsilverənlərin sertifikatlaşdırılması ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik müəllimlərin peşəkarlıq səviyyələrinin, peşə yararlılıqlarının yoxlanılması məqsədilə keçirilir. Sertifkasiya imtahanı test mərhələsindən və müsahibə mərhələsindən ibarətdir. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayan müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavələr edilib. Serfifikasiya imtahanları bitdikdən sonra ümumi proses və əməkhaqqları ilə bağlı artımlar müəllimlərdə narazılıq yaradıb. Xüsusilə məktəbəqədər hazırlıq müəllimləri şikayətlərində qeyd ediblər ki, onlar sertifikasiya imtahanından uğurla keçsələr də, əmək haqqlarına heç bir artım əlavə olunmayıb.
Maraqlıdır ki, əmək haqqı ilı bağlı artımlar məktəbəhazırlıq qruplarına niyə şamil edilməyib?
Sertifikasiya prosesinin nəticələri haqqında təhsil eksperti Elşən Qafarov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, sertifikasiyadan keçən müəllimlərin maaşına artım edilməməsi yoverilməzdir:
“Əgər müəllim sertifikasiyadan keçibsə, sertifikasiya ilə bağlı əmək haqqına edilmiş əlavələr dərs məşğələlərinin hansı formada olmasından aslı olmayaraq, məktəbəhazırlıq qruplarına və dərnəklərə də şamil olunmalıdır. Bu haqqı onlara dövlət verir, ona görə də nəzərdə tutulan əmək haqqı müəllimlərə ödənilməlidir.
Bir çox hallarda regional təhsil idarələrinin mühasibatlığında heç bir əsas olmadan müəllimlərə artım şamil olunmur. Bu kimi hallarla üzləşən müəllimlər Dövlət Əmək Müfəttişliyinə müraciət etsinlər, bu onların əmək hüququnun pozulmsıdır”.
Qeyd edək ki, 2022-2023-cü illərdə 38 min müəllim sertifikasiya imtahanında iştirak edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024