Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 17:16)
Təcili Tibbi Yardımın özünə TƏCİLİ AMBULANS lazımdır - İLGİNC FAKTLAR AÇIQLANDI...

 "İşçilərinin sayına və illik büdcəsinə görə TƏBİB _in ən böyük struktur bölməsi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzidir.
Bakıda 140, digər 63rayon və şəhərlərdə 270 briqada, təxminən 2 mindən çox həkim, 2 minə qədər sürücü, 2 min 500 orta tibb işçisi və çoxsayda texniki və təsərrüfat işçiləri əhaliyə TTYX göstərir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tibb işçisi Faiq Məmmədli qeyd edib.
TƏBİB-in təxminən 93 min işçisinin 10 minə qədəri Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində (RTTTYM/çalışır.
Neçə ildir yazır və deyirəm ki, təkcə Bakı şəhərində TTY briqadalarının sayı normadan 2 dəfə aşağı,ginekoloqların sayı isə normadan 2 dəfə çoxdur. TTY-ın vaxtında çağırışa gəlməməsinin başlıca səbəbi elə bu amildir. Metroda intervalı iki dəfə artırsalar nə baş verərdisə elə O da indi Təcili Tibbi Yardımda baş verir.
Ancaq sabiq TƏBİB direktoru Vüqar Qurbanov bu gecikmələri əhalinin üzərinə yıxmaqdan da çəkinmədi, guya əsassız çağırışlar (????)verilirmiş
Diqqətli oxucuların yadında olar hətta O bu çağırışlara (??) cərimə (??) tətbiq etmək istəyirdi.
2023-cü ilin sentyabrında V.Qurbanov Təcili Tibbi Yardıma struktur islahatı adı altında elə bir zərbə vurdu ki,bu gün də bu xidmət özünə gələ bilmir.
Üstəlik bu quruma səhiyyə və əmək qanunvericiliyini çox zəif bilən səriştəsiz kadrlar gətirdi.
Yazırlar ki,sabiq TƏBİB direktorunu maliyyə pozuntuları və mənimsəmələrə görə işdən çıxarıldı.
Bu yoxlamalar zamanı çox adamın dediyinə görə RTTTYM-də də ciddi maliyyə pozuntuları aşkar edilib.
Burada ambulansların, onlara ehtiyat hissələri və tibbi avadanlıqların alınması.dövlət satınalmalarında şübhəli ödəmələr məsələn, geyim formasına bazar qiyməti 80110 manat (biri) əvəzinə 436 manat ödənilməsi, təsərrüfat və dəftərxana ləvazimatları, dərman və tibbi texnika üçün şişirdilmiş qiymətlər üçün ödəmələr,mətbəə və camaşır,təmir və s.xərclərdə ciddi maliyyə pozuntuları haqqında artıq çoxları danışır.
Hələ həkimlər, tibb bacıları, sürücülər və digər kiçik tibb işçilərinin hansı meyarlara işə götürülməsi,65 yaş yuxarı çalışmanın yaş həddinin uzadılmasında hansı riyazi "tənlik""dən istifadə edilməsi və demək istəmirəm.
Bir sözlə RTTTYM _indirektoru
Mirələm Calalovun adı Ərəbcə, məqalələri ingiliscə olsa da rüşvətin dabanını zirvələrə qaldırmaqla Korrupsiya çarxını azərbaycanca fırladır.
Onu da deyim ki,bu Mirələm pis yaxşı gecə _gündüz təcili tibbi yardım göstərən işçilərin maaşını Əmək qanunvericiliyinə uyğun olaraq vermir,onları kəsir.
P,S.Ola bilər kimsə desin indi niyə yazırsan,bu haqda mən 2023_cüilin. 30 dekabrında V.Qurbanovun apardığı iclasda demişəm və ona təcili tibbi yardımda bir sıra problemlər haqqında kollektiv şikayət ünvanladı
Məhz buna görə də O məni TTY bölmə müdiri vəzifəsindən azad etmək üçün göstəriş verdi.
2025_ci il TTY baş verən neqativ hallar, işçilərin əmək və peşə hüquqlarının kobud şəkildə pozulması və s barədə Tıbb İşçiləri Həmkarlar Komitəsinə yazılı müraciət etsəm də bu vaxta qədər cavab almamışam, həmçinin Əmək Müfəttişliyindən..."

шаблоны для dle 11.2

Xəbər lenti
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026