Slayd / Təhsil (12-06-2024, 09:29)
Öz dərsindən “2” alan 4 min müəllim... - Onların aqibəti necə olacaq?
2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib.
Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunur. 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilib. Bu il iyun ayının 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7 296 müəllim iştirak edib.
İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.
Qeyd edək ki, ötən il sertifikasiyadan keçməyən müəllimlərə bir vaxt verilsə də, onların bir çoxu bu fürsətdən yararlana bilməyiblər. Maraqlıdır, sertifikasiyadan keçməyən müəllimlər ötən dövr ərzində tədrislə necə məşğul olublar?
Təhsil üzrə ekspert Kamran Əsədov “Cebhe.info”-ya bildirib ki, sertifikasiya Azərbaycanda bilik və bacarıqlarına uyğun müəllimlərin əmək haqqını müəyyənləşdirən bir qaydadır:
“Azərbaycan təhsil sistemində bu gün kifayət qədər müəllim var və təkcə 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Etiraf edək ki, tədrisin təşkilində müxtəlif imkanları səfərbər edən və yaxud passiv olan müəllimlər eyni əməkhaqqı alırlar.
Ancaq sertifikasiya mütləq şəkildə çalışqan müəllimlərin digər müəllimlərdən fərqləndirməyə imkan verən bir prosesdir. 2022-ci ildə bu proses başlayanda gözləyirdik ki, hər bir fənn üzrə minimum 10-12 faz müəllim sertifikasiyadan keçə bilməyəcək. Çünki 2014-2018-ci illərdə keçirilən diaqnostik imtahanlar bunu deməyə əsas verdi ki, müəllimlər öz üzərlərində işləmirlər.
Dünyanın bütün inkişaf etmiş, təhsili irəlidə olan ölkələrində sertifikasiya həyata keçirilir. Yəni burada müəllimin peşəkar bacarıqları yoxlanılır. Sertifikasiya indiyə qədər keçirilən bütün qiymətləndirmələr arasında ən fərqlisi, ən alisidir. Sertifikasiya imtahanı ləğv olunmayacaq. İndi sertifikasiya imtahanının nəticəsində 4 minə yaxın müəllim öz işini itirib.
Bu, o demək deyil ki, biz o insanların yenidən təhsil sistemində işləmək hüququnu məhdudlaşdırırıq. Bu belə deyil. Sertifikasiyadan kəsilən müəllimlər adi qaydada növbəti ildən etibarən MİQ vasitəsilə işə qəbul ola bilərlər. Əgər onlar bu müddət ərzində öz üzərlərində çalışsalar, bilik və bacarıqları yetərli olarsa, yenidən müəllim kimi çalışa biləcəklər.
Bununla yanaşı Elm və Təhsil Nazirliyi humanizm prinsipini irəli sürərək həmin şəxslərin məktəblərdə digər sosial-pedoqoq yerlərində çalışmasında maraqlıdır.
Çünki onların məktəblə bağlı təcrübələri, bilikləri, bacarıqları var. Əlbəttə ki, bu, birmənalı şəkildə onlara yenidən təhsil sistemində işləmək icazəsi verir.
Birməanlı şəkildə 20-30 illik müəllim stajı olan kadrların sertifikasiyaya cəlb olunması normaldır. Çünki müasir dövrün tələbləri var. BMT-nin 2030-cu illə bağlı hədəflərindən biri də yüksək ixtisaslı və peşəkar müəllimlərin yetişdirilməsini irəli sürür.
Bunun əsas məqsədi dəyişən dünyada yeni müəllim kontingentinin formalaşmasıdır, çünki dünyada yenilik baş verir. Pandemiyadan sonra daha yüksək ixtisaslı, şagirdlərlə işləyə bilən müəllimlər lazımdır”.
Ekspertin sözlərinə görə, bu məsələyə heç də 4 min insanın itirilməsi kimi baxmaq olmaz:
“Biz onların yerinə 4 min daha hazırlıqlı, bacarıqlı, gənc, enerjili şəxsləri MİQ-dən keçirərək təhsil sisteminə qəbul edəcəyik. Kimsə desə ki, “gənclər sinifi idarə edə bilmirlər”, bu yalnışdır. Biz gənclərə də şans verməliyik. Həmin insanlar 20-30 il təhsil sistemində çalışıblar. Ən azından həmin dərslikləri, mövzuları 20-30 dəfə təkraralayıblar. İllər ərzində dərsliklər dəyişsə də, mövzu dəyişməyib.
Azərbaycan dilində nə fonetika, nə isim, nə sifət dəyişib. Yaxud da ibtidai sinif proqramında heç nə dəyişməyib. Toplanan, vurğu, Azərbaycan dili, yəni heç nə dəyişməyib. Sertifikasiyaya cəlb edilən müəllimlərə heç də fərqli sahədən test tapşırıqları təqdim edilməyib. 20-30 ildə hər il onların şagirdlərə öyrətdiklərindən suallar salınıb.
Bu müəllimlər hər il məhz imtahan olunduqları mövzulardan, suallardan özləri dərs keçiblər. Həmin müəllimlərin özlərinin öyrətdikləri, dərs keçib maaş aldıqları dərsdən sullar salınır və çox təəssüf ki, 0-29 arası bal toplayırlar. Bu, yaxşı nəticə deyil.
Əlbəttə, biz onların yanındayıq, demirik ki, onları tamamilə sistemdən uzaqlaşdıracağıq. Dünyanın müxtəlif ölkələrində daha sərt qaydalar var.
Azərbaycan humanizm nümayiş etdirdi, ötən il “kəsilənlərə” 1 il şans verdi ki, öz üzərlərində çalışsınlar. Təkrar sertifikasiyaya gələnlər 1 il ərzində öz üzərlərində çalışmalı, işləməliydilər. Ancaq nə baş verdi?
Birmənali şəkildə həmin müəllimlərin öz üzərində çalışmadıqlarını gördük. Onlar əyri yollara əl atmağa cəhd edirdilər. Kimlərisə tapırdılar ki, bizə bal yazacaqsınız. Bu, yaxşı yanaşma tərzi deyil. Bu gün əsas hədəf daha yaxşı Azərbaycan müəllimini formalaşdırmaqdır ki, onlar uşaqlara yaxşı dərs keçsinlər.
Heç bir təhsil sisteminin səviyyəsi müəllimin bilik səviyyəsindən üstün deyil. Bu gün bizim müəllimlərimiz 1,6 milyon şagirdə dərs deyir. Bu, o deməkdir ki, həmin 4 minə yaxın müəllim nə qədər şagird yetişdirib. Bu gün buraxılış və qəbul imtahanlarının nəticələrindən, uşaqların göstəricilərindən narazılıq edirik.
Çünki onlara dərs deyən müəllimlərin özlərinin kompitensiyaları yüksək deyil. İki strateji ixtisas var, birincisi, ibtidai sinif müəllimliyi, yəni uşaqların təməlini qoyanlar, ikincisi onlara ana dilində yazıb oxumağı öyrədən Azərbaycan dili və ədəbiyyat müəllimləridir. Onlar arasında bu qədər müəllim keçid balını toplaya bilmirsə, biz onların müəllim olaraq dövlət məktəblərində qalmasında maraqlı olmamalıyıq”.
Ekspert xatırladıb ki,bu müəllimlər də növbəti il MİQ imtahanında iştirak edə bilərlər:
“Heç kim onları sistemdən uzaqlaşdırmır. Heç bir halda sertifikasiya dayandırılmayacaq və proses davam etməlidir. Növbəti illərdə daha sərt olmalıdır ki, biz daha peşəkar müəllimləri sistemdə saxlayaq. Sertifikasiya ölkədə təhsil sisteminin inkişafına və uşaqların daha yüksək bilik əldə etməsinə səbəb olacaq.
Çünki daha peşəkar müəllimlərlə çalışacaqlar”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024