Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (4-09-2023, 17:40)
Qayınatasının uksus içirdiyi qadın hələ də övladına QOVUŞMAYIB – Cinayət işinə niyə son VERİLİB?

Qayınatasının uksus içirdiyi qadın hələ də övladına QOVUŞMAYIB
Bakıda 23 yaşlı qadının həyat yoldaşının ailəsi tərəfindən məişət zorakılığına məruz qaldığını xəbər vermişdik. Əri həbsdə olan qadına esensiya (uksus) mayesi içirdilərək intihara məcbur edildiyini, həmin mayenin gözünə və bədəninə tökülərək ağır xəsarətlər aldığını, həmçinin övladından məhrum edildiyini yazmışdıq.

Zərərçəkən Sabunçu rayon sakini Tamara Nəzərovanın iddiasına görə aprelin 9-da Nardaran qəsəbəsində yaşayan qayınatası Vahab Manafov, qayınanası Nəzakət Manafova və qayınları Murad və Manaf Manafovlar övladını qoyub getməsi üçün ona olmazın işgəncələr veriblər.

Qeyri-rəsmi nikahda olduğu Maarif Manafov isə ötən ilin dekabrında narkotik istifadəçisi olduğu üçün tutulub və hazırda Sabunçu rayon prokurorluğunda istintaqı gedir.

Tamara Nəzərovanın tələbi şiddət gördüyü ailə tərəfindən əlindən alınan körpəsinə qovuşmaq və onu həyat işığından məhrum edənlərin cəzalandırılmasıdır. Bir neçə aydır qadının zorakılığa məruz qalması ilə bağlı məsələ Sabunçu rayon prokurorluğunun icraatında olsa da, Tamara Nəzərovanın müraciəti ilə bağlı qarşı tərəf barədə tədbir görülmür.

Üstəlik Sosial Xidmətlər Agentliyinin Bakı filialının əməkdaşı M.Umarov və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi R.Quliyevanın iştirakı ilə Körpələr Evinə verilən övladı ilə görüşdürülmür.

Mediatv.az bildirir ki, növbəti dəfə Bizim.Media-ya müraciət edən ana övladına qovuşmaq üçün fəryad edib.

Hər sabahını qızını yanına gətirmək ümidi ilə açdığını deyən Tamara Nəzərova çarəsizliklə gözlədiyini bildirib:

“Mənim prokurorluğa müraciətimə rədd cavabı verildi. Amma bu gün məni narahat edən və yeganə istəyim balamı yanıma gətirməkdir”.

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə saytımıza bildirib ki, Körpələr evində olan azyaşlının valideynlərilə bağlı hüquqi proses davam etdiyi üçün məsələ ilə bağlı açıqlama verməyi uyğun hesab etmirlər. Uşağın ana ilə görüşdürülməsi məsələsi isə Agentliyin səlahiyyətində deyil.

Cinayət işinə son verilməsi iddiasına gəlincə, Baş Prokurorluqdan Bizim.Media-ya bununla bağlı hər hansı açıqama verilməyib. Qurumdan bildirilib ki, məsələ ilə bağlı yeni məlumat olarsa bölüşəcəklər
шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024