Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (28-08-2023, 09:33)
Azərbaycan səhiyyəsində FETÖ-nun Imamı-Araz Nəsirov

 


Baş həkimlərin həbsi,  Tibb Mərkəzi -nin rəhbərliyində cinəyətkar şəbəkə və ya “Təbib” dərdlərə niyə dərman ola bilmir?
2022-ci ilin son həftəsində ölkə ictimaiyyəti tibb sahəsində daha bir utancverici hadisə ilə qarşı qarşıya qaldı. Masallı Rayon xəstəxanası PHŞ-nin baş həkimi Eşqin Əliyev korrupsiya ittihamı ilə dekabrın 26-da cinayət başında yaxalandı. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq onu da diqqətə çatdıraq ki, bu şəxs vəzifəyə TƏBİB-in icracı direktoru Vüqar Qurbanov tərəfindən 2022-ci il fevralın 24-də olunmuşdu. Bəs necə oldu ki, yeni struktura görə ancaq müalicə işinə nəzarət etməli olan, yaşı gənc olan 4000 AZN maaş alan humanist peşə sahibi olan bu həkim öz karyerasını qısa müddətdə məhv etdi? Vüqar Qurbanov bu şəxsi vəzifəyə təyin edərkən yeni dövrün tələblərini ona izah eməmişdirmi? Eşqin Əliyevin təqdimatını Vüqar Qurbanova kim etmişdi? Bu sualları cavab axtararkən TƏBİB də səhiyyəmiz ücün qorxunc nəticələrə cıxaracaq proseslərin getdiyinin şahidi oluruq. Xatırladaq ki, TƏBİB-in icracı direktoruna iki müavin təyin olunmuşdur: Araz Nəsirov və Anar İsrafilov. Bu şəxslər arasında vəzifə bölgüsünə nəzər yetirərkən əsas maliyyə proseslərinə və resurslara nəzarətin Araz Nəsirovun əlində cəmləşdiyinin şahidi oluruq. Bəs bu
Araz Nəsirov kimdir?
Araşdırmamız onu göstərir ki, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyində gedənprosesləri anlamaq ücün bu sualın cavabı bir cox məsələlərə aydınlıq gətirər. Araz Nəsirov əslən cənub zonasındandır (Masallı rayonu Moloton kəndi).  Bu şəxsin cox cətin uşaqlıq və yeni yetməlik dövrü olmuşdur. Ailədəki problemlərə baxmayaraq dərslərini yaxşı oxumuş və…
Bundan sonra Araz müəllimin həyatı dəyişməyə başlayır. FETO-ya məxsus Cağ ogrətim şirkətinin Bakı Özəl türk litseyinə daxil olur. Atası ilə olan problemləri (bunu özü həmişə qeyd edir) onu bu dinçi təşkilata sıx bağlayır. (1994-1998).   Beyni dini təbliğatın dumanı altında olan bu şəxs atasından qeyri-rəsmi olaraq imtina etmişdir. Sonrakı müddətdə Trakya Universiteti (1998-2003) Azərbaycandakı Universitetlərdə göz boyamaq üçün kurslar və 2021-ci ildə Dyuk (Duke) universitetində proyektlerin idarə olunması ixtisası üzrə təhsil almışdır. Maraqlıdır ki, hər iki universitet çox geniş FETO bağlantısına malikdir. Əslində sadə oxucu bu məlumatları oxuyarkən bu cür reaksiya verə bilər: “burada nə var ki?” Amma tələsməyin… Hörmətli
Araz Nəsirovun iş həyatı
Haqda məlumatlar işin mahiyyətini ortaya qoyur. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, 2004-2009 tarixlərin də İstanbul Palmali şirkətlər qrupunda (Mübariz Mənsimov-diqqət edin FETO bağlantısı) fəaliyyət göstərərkən arada 2008-ci il sentyabr-dekabr aylarında “Xəzər-Lənkəran” futbol klubunda vitse-prezident olur. Bu arada necə intriqalar cevirirsə “Xəzər-Lənkəran” bir daha ayağa qalxmayacaq şəkildə çökür. (Bu barədə ölkənin nüfuzlu idman saytlarında yer alan yazıların linklərini sizə təqdim edirik: https://www.sportinfo.az/idman_xeberleri/hadise/159912.html , https://az.trend.az/azerbaijan/society/1357974.html , https://qol.az/?name=xeber&news_id=687 ). 2010-2018-ci ildə Abilərinin təlimatıyla yavaş – yavaş Azərbaycan Respublikasının dövlət təşkilatlarına çökərək “Paşa Holdinq”ə yol tapır və orada Zaur Əliyevlə tanışlıq sayəsində İcbari Tibbi Sığorta agentliyinə soxulur. Hörmətli oxucumuz burada bir qədər pauza edərək
Araz Nəsirovun müridi Rəşad Çobanov
Haqda bəzi məlumatlara diqqət yetirək. Araz müəllimin İcbari Tibbi Sığorta sistemində işə cəlb etdiyi Rəşad Çobanov barədə cumhuriyyet.az-a daxil olan məlumatlara görə, o, “Dədə Qorqud” özəl türk litseyini (Cağ ogretim şirkəti-FETO) bitirmişdir. 2010-2015-ci illərdə əvvəllər sanfak deyilən peşəkar həkimlik fəaliyyətinə aid olmayan ixtisasa yiyələnmiş və tibbdən uzaq olan adam kimi müxtəlif idman oyunlarında könüllü kimi müxtəlif fəaliyyətlə məşğul olmuşdur. 2017-2019-cu illərdə UNEC də MBA proqramını bitirmiş. Hal-hazırda BDU da hüquq oxuyur. Bu adam əmək fəaliyyətinə FETO baglantılı “Memorial” klinikdə xəstə daşınma xidmətlərində başlamışdır. Sonrakı müddətdə Avropa Oyunlarında və İslam həmrəylik oyunlarında anti dopinq komitəsində fəaliyyət göstərmişdir. Pozucu və intriqacı fəaliyyətinə görə o zamankı nazir mərhum Azad Rəhimov tərəfindən işdən qovulmuşdur.
Beləliklə, kecmişi FETO ilə bağlantılı ABİ Araz Nəsirov və mürid Rəşad Çobanov İTSDA da yerləşərək fəaliyyətə başlayırlar. Öz kadrlarını yerləşdirdikdən sonra ilk qarmaqlarını Sumqayıt səhiyyəsinə atırlar.  Bütün kadr məsələlərini və qeyri qanuni maliyyə axınlarını Sumqayıt Tibb Mərkəzi PHŞ-nin direktoru Səkinə Sadıqovanı (o da özünə vergi verildiyini iddia edir və dindardır) müridlər siyahısına daxil edərək ələ keçirirlər. Sumqayıtda gedən bütün şikayətlərin qarşısı bu iki şəxs tərəfindən alınır və catışmamazlıqlar ört-basdır edilir.
Səkinə Sadıxova, Araz Nəsirov, Rəşad Çobanov triosunun yeyintiləri
Masallı  Rayon Mərkəzi Xəstəxanası PHŞ bu iki şəxs tərəfindən nəzarətə götürülür və Eşqin Əliyev baş həkim təyinedilir. Bu kadr VüqarQurbanova ArazNəsirov tərəfindən təqdim edilmişdir (Təqdimatın Eşqin Əliyevdən külli miqdarda alınan vəsait hesabına olduğu iddia edilir). Bundan sonra işlənmiş sxem üzrə kadr məsələləri və qeyri- qanuni maliyyə axınları öz ciblərinə axır. Hal-hazırda Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Masallı mərkəzi rayon xəstəxanası PHŞ-də cinayət işi əsasında məhkəmə hökmləri çıxarılmışdır.  Çox maraqlıdır ki, Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi çirkli pulların yuyulması şübhəsi ilə Sumqayıt Tibb Mərkəzində də araşdırmalar aparmışdır. Sonrakı müddətdə Hesablama Palatasının aşkarladığı dəhşətli qanun pozuntuları və mənimsəmələr aşkar edildiyindən aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləritərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 179. 3. 2 (külli miqdarda mənimsəmə), 308. 1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmışdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2023-cü ilin birinci yarısında nəzarət tədbirləri aparılmış nəzarət obyektləri barədə məlumatda “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinin Mərkəzi Avtopark bölməsində (01.01.2020 – 01.01.2023-cü il tarixlərini əhatə edən dövrdə) külli miqdarda maliyyə pozuntuları və mənimsəmələr aşkaredildiyindən materiallar Respublika prokurorluğuna göndərilmişdir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan qeyri-rəsmi məlumatlara əsasən aparılan araşdırma və cinayət işlərində dövlətə vurulan zərər milyonlarla manat dəyərində ölcülür. Lakin bir maraqlı fakt nəzər diqqətimizi cəlb etdi-bu qədər biabırcılıqlara və dövlət əmlakını mütəşəkkil dəstə şəklində dağıdan Səkinə Sadıxova, Araz Nəsirov, Rəşad Çobanov triosu hələ dəvəzifə başındadır. Haqqında cinayət işi başlanılmış və cinayəti sübuta yetirilmiş Səkinə Sadıxovanın işi məhkəməyə göndərilmir və Sumqayıtda qeyri-qanuni fəaliyyətini davam etdirərək, tibb işcilərinə zülm etməkdə davame dir….
Araz Nəzirovun kadr siyasəti
Araz Nəsirov dinçi fəaliyyəti ilə yanaşı etnik milliyyətciliyi gizli olaraq TƏBİB-də həyatakecirir. Son 6 ayda böyük klinikaların rəhbər vəzifələrinə ancaq müvafiq etnik kimliyə mənsub şəxslər təyin edilir. Məsələn, Yeni Klinikada vəzifəyə təyin olunan Barat Yusubov… Təbib Mərkəzi aparatında dinçi kadr olaşma və etnik millətcilik prosesi asta-asta həyata keçirilir. Bundan başqa Sumqayıt Tibb Mərkəzinin idarəetmə aparatına TƏBİB-də işləyən və Araz Nəsirov tərəfindən müvafiq fəaliyyətə cəlb edilmiş və dinçi təşkilata meylli şəxslərin həyat yoldaşları işə alınır. (Məsələn  Mizəbəyli Vəfa-Mirzəbəyli Teymurun(Təbib) həyat yoldaşı Cəmilzadə Nərgiz-Cəmilzadə Şamxalın (İcbari Tibbi Sıgorta) həyat yoldaşı ,Vəliyeva Xəyalə(Təbibin icracı direktorunun bagbanının qızı)
Dogrudanmi İcbari Tibbi Sığorta Agentliyi vəTəbib-də FETÖ bu qədər güclüdür? Bu cür qaranlıq kecmişə malik şəxslər həm səhiyyəmiz həm də dövlətimizin təhlükəsizliyi üçün təhlükə mənbəyidir!!!
P. S 1. Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Məlumata görə, tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178. 3. 2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.  
  1. “Sumqayıt Tibb Mərkəzi “ PHŞ-nin rəhbər səxslərinin qanunsuz əməlləri barədə Baş Prokurorluq yanında Korrupsiya ilə mübarizə baş idarəsi tərəfindən cinayət işi acılmışdır. Hesablama Palatası tərəfindən yoxlamalar aparılıb külli miqdarda yeyinti faktları barədə cinayət işi acılmışdır. .
  2. Mətbuatda “ Bakı Baş Səhiyyə İdarəsi Tibb Mərkəzi” PHŞ-nin rəhbərinin korrupsiya əməlləri barədə geniş materiallar paylaşılır. . . . ?
  3. Yevlax RMX-da vəzifəli şəxslərə qarşı 73. 000 AZN vəsaitin mənimsənilməsi şübhəsi ilə cinayət işi acılmışdır. (Bu müəssisə Araz Nəsirovun oylagı olmuşdur)
Araz Nəsirovlar və Çobanovlar isə öz fəaliyyətlərini davam etdirirlər Amerika Dubay səfərləri  və Sumqayıt,Lənkəran, Masallı səhiyyələrində “islahatlar” davam edir. . . .шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024