Kriminal (8-08-2023, 20:51)
Mahir Quliyev yenidən Ali Məhkəməyə müraciət etdi
Mediatv.az-ın əldə etdiyi xəbərə görə, keçmiş icra başçısı Şirvan Apellyasiya Məhkəməsinin qərarından narazı qalıb.
Qeyd edək, sabiq icra başçısı bir müdddət əvvəl kassasiya şikayəti versə də, sonradan şikayətini geri götürmüşdü.
Xatırlaraq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb