Göyçay rayonunda bıçaq xəsarəti alan şəxs dünyasını dəyişib.
Mediatv.az-ın məlumatına görə, iyunun 24-də gecə saat 23:30 radələrində Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü İsmayılov Nuru Ədalət oğlu ürək nahiyyəsindən bıçaqlanma diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaq çoxlu qan itirən gənc oğlan xəstəxanada dünyasını dəyişib. Hadisə şəhərin Ziya Bünyadov küçəsində baş verib.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.