Kriminal (18-06-2023, 08:12)
DSX-nin baş çavuşu intihar etdi
Dövlət Sərhəd Xidmətindən Mediatv.az-a verilən xəbərə görə, hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin müdətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Hacıyev Pərviz Azər oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.