Kriminal (8-06-2023, 11:31)
Azdrama qarşı dələduzluq: zərərçəkənlər var
Akademik Milli Dram Teatrına (Azdram) qarşı dələduzluq edilib, zərərçəkənlər var.Mediatv.az xəbər verir ki, bu barədə teatrın yaydığı müraciətdə qeyd edilib.
Bildirilib ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir:
"Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir.
Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
























