Mediatv.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Danaçı kəndində baş verib.
Kənd sakini, 1939-cu il təvəllüdlü Sona Yumuxovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki fındıq ağacından asılı vəziyyətdə aşkar edilib.
Bildriilib ki, S.Yumuxova əsəb xəstəliyindən əziyyət çəkirdi.
İlkin versiyaya görə o, bu səbəbdən intihar edib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.