İsmayıllı rayon sakini intihar edib.
Mediatv.az-ın məlumatına görə rayonun Qalacıq kənd sakinləri bu gün saat 12:40 radələrində qəbristanlığın ərazisindəki yardımçı tikilidən naməlum meyit tapıblar. Kənd sakinləri dərhal rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat veriblər.Təxminən 25 yaşı olan gənc oğlanın özünü kəndirlə asaraq intihar etdiyi məlum olub. Onun Mican kənd sakini olduğu bildirilir. Onun kimliyi və hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, bilinmir.
Hazırda polis və prokurorluq işçiləri hadisə yerindədir. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılacaq.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.