Şamaxıda ər-arvad dəm qazından zəhərlənib.

Mediatv.az xəbər verir ki, hadisə Şamaxı şəhər M. Bayramov küçəsi ev 22-də baş verib. Həmin ünvanda yaşayan 1982-ci il təvəllüdlü Əliyev Fizuli Vahid oğlu və 1986-cı il təvəllüdlü Əliyeva Aygün Mirşah qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərləniblər. Onlar Şamaxı rayon Mərkəzi xəstəxanasına  yerləşdirilib, vəziyyətlərinin  normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.