Kriminal (1-05-2023, 17:20)
Rəşad Dağlı özünü təqsirli bilmir
Mediatv.az xəbər verir ki, prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılıb.İclasda ittiham aktı elan edilib. Rəşad Dağlı qəsdən adam öldürmə və soyuq silah gəzdirmə ittihamlarının heç biri üzrə özünü təqsirli bilməyib.
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İskəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) cinayət işi açılıb. Hazırda məhkəmə prosesi davam edir.