Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Slayd (7-04-2023, 16:31)
İş adamı yüksək vəzifəli məmurun maşınına hücum edib?

is-adami-yuksek-vezifeli-memurun-masinina-hucum-edib


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri, 1957-ci il təvəllüdlü Hikmət Xəlilov hüquq-mühafizə orqanlarına müraciət edərək aprelin 6-da səhər saat 08 radələrində avtomobilinə hücum edildiyini deyib.O qeyd edib ki, tanışı, 1969-cu il təvəllüdlü Vahid Xələfov səhər saatlarında Xəzər rayonu Şağan qəsəbəsində idarə etdiyi “Lexus” markalı, 10 ** 200 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsib. Həmin şəxsin əlində silaha bənzəyən əşya ilə avtomobilə zərbələr endirdiyini deyən Hikmət Xəlilov onun hədə-qorxu ilə pul tələb etdiyini iddia edib.

“Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, onun barəsində şikayət etdiyi Vahid Xələfov tikinti şirkətinin sahibidir. Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və məhkəmə çəkişməsi gedir.

Daha əvvəl isə Hikmət Xəlilovla Vahid Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə Hikmət Xəlilovun xeyrinə qərar çıxarıb.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.

Fotoda: Hikmət Xəlilov

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024