Gəncədə 22 yaşlı oğlan bıçaqlanıb.

Mediatv.az-ın məlumatına görə, 2001-ci il təvəllüdlü Orxan Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Orxan Mustafayev Vətən müharibəsi iştirakçısıdır.