Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (16-11-2022, 13:34)
Qəbələdə həkimlər arasında dava, cinayət işi açıldı - TƏFƏRRÜAT

Qəbələdə həkimlər arasında dava, cinayət işi açıldı
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında həkimlər arasında dava düşüb.Mediatv.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, insident xəstəxananın ailə-sağlamlıq mərkəzində stomatoloqlar arasında baş verib.

Səxavət həkim istintaq izahatında bildirib ki, sentyabrın 17-də həmkarı tərəfindən həm döyülüb, həm də təhqir olunub. Zərərçəkmiş deyib ki, həmin gün səhər saat 09:30 radələrində tanımadığı bir xəstə qapını rentgen plyonkasından narazılıq edib. Xəstədən harada rentgen olunduğunu soruşanda stomatoloji bölmədə fəaliyyət göstərən Xalis həkim tərəfindən edildiyini bildirib.

Səxavət məsələni aydınlaşdırmaq üçün Xalisin otağına tərəf gedib. Həkimin sözlərinə görə, dəhlizə çıxdıqda Xalis sanki onu gözləyirmiş kimi "ə bu nə dişdi düzəldirsən” deyə söz atıb. Daha sonra Xalis Vüsal həkimi otağa çağırıb. Bundan sonra onlar arasında mübahisə yaranıb. Ardınca Vüsal həkim Səxavətin sifətinə zərbə endirib və sonuncu huşunu itirib. Səxavət həkim özünə gəldikdən sonra otaqdan çıxmaq istəyərkən Vüsal onun xalatından yapışaraq "çoxdandır sənin çənəni çıxarmaq istəyirdim” deyib və yenidən sifətinə zərbə endirib.

Bundan sonra Səxavət həkim Vüsalla bağlı polisə şikayət edib və məhkəmədən ona sərt cəza tətbiq edilməsini istəyib.

Vüsal həkim ifadəsində özünü İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilib. O, ali təhsilli həkim olduğunu, 2008-ci ildə universiteti, 2010-cu ildə isə internatura kursunu başa vuraraq Qəbələyə yollandığını bildirib. Həkim qeyd edib ki, ona həkim yoldaşlarından birinin qızı olan pasiyent müraciət edib. Həmin pasiyenti Xalis həkimin otağına göndərib. Koridorda səs eşidərək ora yaxınlaşan zaman Səxavət həkimin Xalisin yaxasından tuttaraq söyüş söydüyünü görüb. Onları ayırmaq istəyərkən isə Səxavət onu itələyib. Bundan sonra aralarında dava düşüb.

Qəbələ Rayon Məhkəməsi noyabrın 14-də işə baxaraq, inzibati xəta haqqında protokol üzrə icraata xitam verib. İşdə cinayətin əlamətləri olduğu üçün materiallar Qəbələ Rayon Prokurorluğuna göndərilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024