Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (14-10-2022, 20:59)
Elçin Sadıqov Rasim Məmmədovun vəkilliyindən uzaqlaşdırıldı

Elçin Sadıqov Rasim Məmmədovun vəkilliyindən uzaqlaşdırıldı


Vəkil Elçin Sadıqov hazırda həbsdə olan "Baku Stell Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun vəkilliyindən uzaqlaşdırılıb.Mediatv.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin bu gün keçirilən iclasında qərar qəbul olunub. 

Bununla bağlı vəkil Elçin Sadıqov da feysbuk səhifəsində açıqlama yayıb və hakimin bu qərarını əsassız adlandırıb: “Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi axır ki, həmin işdə açıq saxladığı vəsatəti bir daha qaldırmağımdan narahat olaraq ev dustaqlığı qərarında cinayət prosesi iştirakçıları ilə əlaqə saxlamamaq yazılmasını bəhanə edib məni R.Məmmədovun müdafiəsindən kənarlaşdırdı.
Kənarlaşdırılma qərarı qanunsuzdur və mənim vəkillik fəaliyyətimin qarşısını almaq üçün edilib”.
Qeyd edək ki, "Baku Steel Company" şirkətinin sabiq direktoru Rasim Məmmədov külli miqdarda yeyintidə ittiham olunaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Məhkəmə zamanı onun vəkili Elçin Sadıqov da həbs edilib. Belə ki, vəkilin R.Məmmədovun ailəsindən jurnalist Əvəz Zeynallıya 20 min manat alınıb verilməsində iştirak etdiyi iddia olunub. E.Sadıqov 1 həftəlik həbsdən sonra ev dustaqlığına buraxılıb. Hazırda onun barəsindəki cinayət işi üzrə istintaq davam edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024