Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Slayd (16-09-2022, 13:00)
Azərbaycanda iki şəhid anasına qarşı dələduzluq edilib – MƏHKƏMƏ İŞİ

 “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın sədri Ramil Şükürov və üzvləri – Koroğlu İbrahimov, Elçin Aslanlı və Diləfruz Mustafazadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Mediatv.az Bizim.Media-ya istinadla verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ramil Şükürovun vəkili Rəşad Bayramov vəkil kimi işə çıxmaqdan imtina edib. O bildirib ki, cinayət işi üzrə zərərçəkmişlərdən biri Bəhruz Bayramov əmisi oğludur:

“Əmim oğluna pul atılması ilə bağlı şikayətçi olub və bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Belə olan halda mənim vəkil kimi işə çıxmağım qanunla yol verilmir”.

Hakim vəkilin etirazını qəbul edib və deyib ki, təqsirləndirilən Ramil Şükürova yeni vəkil təyin olunması üçün məhkəmənin hazırlıq iclasında fasilə elan olunmalıdır.

Bu zaman zərərçəkmişlərdən biri Sevda Şıxıyeva etiraz edib. O bildirib ki, şəhid anasıdır, onun övladının pulunu ələ keçiriblər:

“Bunlar mənim balamın haqqını tapdalayıblar. Dedim ki, Koroğlu, bu mənim oğlumun puludur. Qurana əl basdı ki, mən şəhid anasını aldatmaram. İndi məhkəmənin təxirə salırsınız? Mən xəstə adamam, uzaqdan (Daşkəsən rayonunu nəzərdə tutur – red.) gəlirəm. İmkanım yoxdur hər dəfə məhkəməyə gəlim”.

Hakim isə deyib ki, prosesi vəkilin iştirakı olmadan apara bilməzlər, buna görə də təxirə salınması əsasdır.

Buna baxmayaraq, Sevda Şıxıyeva yenə də etirazını bildirib: “Mən pulu verəndə dedim ki, bu balamın qan haqqıdır”.

Koroğlu İbrahimov bildirib ki, heç kimin pulunu ələ keçirməyib: “Bu şəxsdən iş görmək üçün pul almışdıq. Amma sonradan işlər elə gətirdi ki, iş düzəlmədi. Amma bu şəxsin pulunu mən müstəntiqə vermişəm. Həmin pul da ziyanın ödənilməsi üçün nəzərdə tutulub və istintaqın depozitində saxlanılır”.

Hakim isə deyib ki, bu məsələ məhkəmə baxışı zamanı aydınlaşdırılacaq. Növbəti proses sentyabrın 20-də davam edəcək.

İttihama görə, Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın sədri Ramil Şükürov və üzvləri – Koroğlu İbrahimov, Elçin Aslanlı, Diləfruz Mustafazadənin əməllərindən Rövşən Bəymuradov, Nüranə Vəliyeva, Aysel Məmmədova, Zakir Süleymanov, Yeganə Batıyeva, Vüsal Zeynalov, İlqar Mirzəyev, Xuraman Quliyeva, Hikmət Nəcəfli, Əliheydər Axundov, Vüqar Qaracayeva, Bahram Həşimov, Xəyalə Miriyeva, Arzu Alıyeva, Murad Xalıqverdiyev, Əli Həşimov, Sevda Şıxıyeva, Sevda Verdiyeva, Bəhruz Bayramov, Həsən Ağayev, Ramiz Allahverdiyev, Kazım Mansurov, Rasim Səfərov, Kərəm Əmiraslanov, Samir Qazıxanov, İltimas Məmmədova, Vüsal Mirzə və Bayram Ələsgərov zərərçəkiblər.

Zərərçəkmişlərdən Sevda Şıxıyeva və Sevda Verdiyeva şəhid anasıdır. Sevda Şıxıyevanın oğlu Orxan Şıxıyev və Sevda Verdiyevanın oğlu Röyal Verdiyev Vətən müharibəsi zamanı şəhid olublar.

Cinayət işi üzrə zərərçəkmişlər Sevda Şıxıyevaya qarşı 5 min manat, Sevda Verdiyevaya qarşı isə 6 min manat dələduzluq edilib.

İttihama görə, ictimai birliyin bir çox rayon və şəhərləri üzrə bölmələri və yüzlərlə üzvü olan qanunsuz təşkilatın sədri Ramil Şükürovun rəhbərlik etdiyi qurumun cəmiyyətdə formalaşdırdığı guya ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət, müdaxilə imkanı və rəhbər vəzifəli şəxslərlə münasibətlərin olmasına dair uydurma görüntüdən istifadə edərək, qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən üsul və məqsədlə onun birbaşa, habelə cinayətkar qrupun digər üzvləri olan - həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini olan Koroğlu İbrahimov və tanışı Diləfruz Mustafayeva ilə birlikdə rəsmi sənədləri saxtalaşdırıblar.

Qanunsuz istifadə edərək onlara müraciət edən çoxsaylı vətəndaşlara məxsus ümumilikdə 219 min 570 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, Ramil Şükürovun tanışı Elçin Aslanlı ilə qabaqcadan əlbir olaraq digər vətəndaşdan tələb etdiyi 100 min manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə də əsaslı şübhələr müəyyən edilib.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) və digər maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Röyal Verdiyev "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Orxan Şıxıyev isə “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda" medalı ilə təltif edilib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024