Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (26-11-2018, 18:00)
""Qoca" müqavimət göstərib, onu da zərərsizləşdiriblər" - Vəkil

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.
Mediatv.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova çıxış edib.
O, müvəkkili barəsində irəli sürülmüş ittihamın məhkəmə istintaq dövründə sübuta yetirilmədiyini bildirib.
Vəkil qeyd edib ki, A.Əsgərov hadisə zamanı odlu silahla vurulub: "Polislər onları saxlayan zaman o, heç bir müqavimət göstərmədən avtomobildən düşüb. "Qoca" müqavimət göstərib, onu da zərərsizləşdiriblər. Anar güllə yarası alıb, xəstəxanada yatıb. Heç bir cinayət əməlini bilib gizlətməyib. Bu işdə o, təqsirləndirilən deyil, zərərçəkən olmalıydı".
Daha sonra vəkil G.Salmanova müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəyib.
Prosesdə təqsirləndirilən Ceyhun Səmədov və Fuad Hacıyevin vəkilləri də çıxış edib. Onlar müvəkillərinə həbsiz cəza verilməsini xahiş ediblər.
Prokuror replika hüququndan istifadə üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin edilib.
Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilənlər - müğənni F.Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri - Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024