Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (15-09-2022, 17:43)
“Ekspertizanın nəticəsi məlum deyildi, Qaralov niyə uzaqgörənlik edirdi?”

“Ekspertizanın nəticəsi məlum deyildi, Qaralov niyə uzaqgörənlik edirdi?”


Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.

Mediatv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə ekspertiza rəyləri elan edilib.Ekspert rəylərindən birində yazılıb ki, müstəntiqin təqdim etdiyi paltar və ayaqqabıdan İlkin Süleymanovun gödəkçəsinin lifləri tapılıb. Həmçinin İlkin Süleymanovun alt paltarından Nərminə aid jaketin lifi tapılıb. Vəkillər buna etiraz edib və rəyin saxtalaşdırıldığını bildiriblər: “Müstəntiqin ekspertizaya təqdim etdiyi paltarlar nə meyitin şəkillərində var, nə üzərindən götürülən paltarların siyahısında, nə də İlkin Süleymanovgilin evindən götürülən əşya və paltarların arasında. Əgər bu paltarlar bir-birinə toxunubsa, deməli, hər ikisinin üzərində bir-birinin lifləri olmalıdır, niyə yoxdur? İsti alt paltarının İlkin saxlanılandan sonra alındığını, polis şöbəsinə təhvil verildiyini məhkəmədə dindirilən şahid ifadələri də göstərdi. Belə görünür ki, paltarları bir-birinə sürtüblər, onunla da iş bitib”.

Vəkil Əlibaba Rzayev meyitin üzərindən götürülən və ekspertizaya təqdim olunan geyimlərin məhkəməyə də gətirilməsini istəyib: “Meyitin üstündəki qırmızı köynək başqadır, ekspertizaya təqdim olunan başqa. Şəkillərdən də fərq görünür. Biri tam bağlıdır, birinin isə ön hissəsi açıqdır”.

Cinayət işinin materialları elan ediləndə məlum olub ki, rəy vermiş ekspert gəlib müstəntiqlə birlikdə İlkin Süleymanovun dindirməsini aparıb. Vəkilləri ekspertin İlkini dindirməsini qanunsuz hesab edib.

Cinayət işinin materiallarına əsasən, İlkingilin evindən içində neft məhsulu saxlanılan plastik qab götürülüb. İddia olunur ki, meyit həmin qabdakı neft məhsulu vasitəsilə yandırılıb.

“İş materiallarında ərazidə neftin yayılma radiusu var. Baxın görün ki, o qabdakı miqdarla o radiusda yayıla bilərdimi?”, - vəkil qeyd edib.

Vəkil Zabil Qəhrəmanov isə bildirib ki, İlkin Süleymanov həbs olunandan iki həftə sonra onun barəsində həbs qətimkan tədbirilə bağlı apelyasiya şikayətinə baxılarkən hakimlərə üzərindəki xəsarətləri göstərib. Deyib ki, işgəncəyə görə bu işi üzərinə götürməli olub: “Bu məsələ məhkəmənin qərarında da əksini tapıb. Bundan sonra prokurorluqda bu işi aparan müstəntiq Nadir Mirzəyev İlkin Süleymanovun saxlandığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova sorğu göndərib. Təcridxanada saxlanılan şəxslər ilk dəfə ora gətiriləndə həkim müayinəsindən keçirilir, üzərində xəsarət olub-olmadığı qeyd olunur. Müstəntiq də təcridxana rəisindən həmin sənədi istəyib ki, İlkin Süleymanov ora daxil olanda üzərində xəsarət vardı, yoxsa yox. Rəis Elnur İsmayılov isə ona cavab yazıb ki, Süleymanov təcridxanaya gəlməmişdən əvvəl keçirilmiş ekspertizanın rəyini ona göndərsinlər. Həmin rəyi görəndən sonra o da cavab yazacaq. İstintaq təcridxanasının rəisinin prokurorluğa göndərdiyi bu cavab biabırçılıqdır. Deməli, İlkin Süleymanovun üstündə xəsarətlər olub, gizlədiblər. Rəis fikirləşib ki, ekspertizanın rəyinə baxsın, orada necədirsə, bu da ona uyğun sənəd hazırlayıb göndərsin. Bu nə deməkdir? Bunun özü İlkinin işgəncəyə məruz qalmasının sübutudur”.

Vəkil qeyd edib ki, meyitdən götürülmüş dişlər və qan nümunəsi ilə bağlı ekspertiza aqibəti naməlum qalıb. Bundan başqa, ekspertizanın rəyi məlum olmamış ovaxtkı Baş prokuror Ombudsmana və başqa aidiyyəti orqanlara məktubunda yazıb ki, Süleymanovların evindən Nərminə məxsus qan tapılıb: “Hələ ekspertizanın nəticəsi məlum deyildi, Qaralov niyə uzaqgörənlik edirdi? İkincisi, ekspertiza rəy verdi ki, daşın üstündən tapılan qan ləkəsi Nərminə aid deyil. Yalnız darvazanın yanında divardakı xırda ləkənin Nərminin qan qrupu ilə eynilik təşkil etdiyi yazılıb. Yəni ikinci qrupdur. Halbuki o evdəki nəvələr və gəlinlərdən 6 nəfərin qan qrupu ikinci qrupdur”.

İlkingilin evindən götürülmüş saç tükü ilə bağlı ekspertizada isə onların Nərminə aid olmadığı aydınlaşıb.

Məhkəmə növbəti həftə davam etdiriləcək.

Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024