Sosial / Karusel (2-06-2014, 13:49)
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində talanan dövlət büdcəsi
Son beş il müddətində tenderlər vasitəsi ilə milyonlarla manat dövlət vəsaiti Əlikram Əliyev və onun havadarları tərfindən məniməsnilib
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə işə girmək üçün qiymətlər isə adamı yandırır; Əlikram Əliyev şöbə müdirlərindən 3 aydan bir «hesabat paketi» alır; paytaxtda fəaliyyət göstərən kiçik mehmanxanalar, turizm təşkilatları isə idarə müliriən aylıq «hesabat» verirlər…
Azərbaycanda büdcə pullarının ən çox talan olunduğu nazirliklərdən biri Mədəniyyət və Turizm Nazirliyidir. Bu nazirlik «yeyilən» büdcə pulları ilə bəlkədə digər nazirlikləq arasında birinci yeri tutur. Səbəbi isə çox sadədir. Mədəniyyət və Turizm Nazirliyinin balansında bəlkə də minlərlə olmayan klublar, kitabxanalar və dərnəklər faliyyət göstərir. Bu olmayan klublar, kitabxanalar və dərnəklərdə «çalışan» minlələ «ölü cana» isə hər ay dövlət maaş verir. Hər il milyonlarla manat dövlət vəsaiti isə bu olmayan klubların, kitabxanaların və dərnəklərin «fəaliiyəti, saxlanılması və binalarının cari təmiri» üçün xərclənir. Amma xərclənən vəsaitlərin sənədlərindən başqa heç şeyini tapmaq mümkün deyil.
Bu sahədə Azərbaycanın hər bir rayonunda eyni vəziyyət olduğu kimi, Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə də eyni vəziyyət hökm sürür.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə bağlı PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, idarə rəisi Əlikram Əliyev Bakı Şəhər icra başçısı Hacıbala Abutalıbova və Mədəniyyət və Turizm Nazirliyindəki yüksək vəzifəli havadarlarına arxalanaraq rəhbərlik etdiyi qurumu öz biznes obyekti kimi idarə edir. Bildirilir ki, 6 ildir Bakı Şəhər Mədniyyət və Turizm İdarəsinin müdiri işləyən Əlikram Əliyev quruma yarılan dövlət vəsaitləri hesabına külli miqdarda sərvət əldə edib.
Bakı Şəhər Məədniyyət və Turizm İdarəsinin elan etdiyi tenderlərin dövlət vəsaitlərini talamaq üçün bir vasitə olduğunu bildirən mənbəninin məlumatına əsasən son beş il müddətində tenderlər vasitəsi ilə milyonlarla manat dövlət vəsaiti Əlikram Əliyev və onun havadarları tərfindən məniməsnilib.
Bundan başqa məlumatda bildirimlir ki, Əlikram Əliyevdövlət vəsaitini talan etməklə yanaşı Bakı Şəhər Məədniyyət və Turizm İdarəsinə işə adam götürülməsini də özünün əsas biznes sahələrindən birinə çevirib. Bildirilir ki, son 5 ildə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin balansında olan qurumlara işə götürülən 400 dən çox işçi işə götürülüb. Paytaxt rayonlarındakı kitabxanalara, klublara, mədəniyyət evlərinə işə götürülmənin qiyməti isə xeyli bahadır.
Yəni Bakı şəhərində Mədəniyyət və Turizm İdarəsinin şöbələrinə işə daxil olmağın qiyməti 7 min manatdan başlayır və 15 min manata qədər yüksəlir.
Həmçinin PİA.AZ-a daxil olan məlumatda qeyd olunur ki, Əlikram Əliyevin qazanc mənbəyi işə götürülmə ilə də bitmir. İdarə rəisinin qazanc yerindən biridə paytaxt rayonlarının mədəniyyət və turizm şöbələrinin 3 aydan bir «hesabat paket» yığma prosesidir. Belə ki, hər 3 aydan bir şöbə müdirləri Əlikram Əliyevə “paket” verirlər. İdarə rəisinin bu paketi şöbələrin nəzdində olan kitabxanalarda, klublarda və mədəniyyət evlərində baş verən korrupsiya faktlarına göz yummasına görə aldığı iddia edilir.
Əlikram Əliyevin qəbul etdiyi hər bir «hesabat» paketinin dəyəri isə 15 min manatdan başladığı bildirilir. Bundan başqa paytaxtda fəaliyyət göstərən bir çox kiçik mehmanxanalar, turizm təşkilatları Bakı Şəhər Mədəniyyət və Turizm idarəsinin tənqidi hədəfinə çevrilməmək üçün hər ay Əlikram Əliyevə «hesab» verdikləri bildirilir. Elə ona görə də Əlikram Əliyevin aylıq «hesab kitabının» da həddindən artıq qalın olduğu bildirilir.
Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin havadarlığı ilə paytaxt rayonlarının şöbələrində fəaliyyət göstərən dərnək, kurs və digər qruplar, habelə dəftərxana maxinasiyaları ilə bağlı redaksiyamıza göndərilən ilginc informasiyanı dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024