Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (30-12-2014, 12:53)
Rus dilində danışan Azərbaycan diplomatiyası

Azərbaycan birmənalı şəkildə Rusiyaya meyllənə bilərmi? 

 

İndi çoxlarını bu sual düşündürür. Kənardan görünən budur ki, rəsmi Bakı özünü son dərəcə mühüm oyunçu hesab edir. Elə buna görə də hamıya qarşı informasiya savaş açır.
Lakin Azərbaycan diplomatiyasında Rusiyaya meyli açıq-aydın hiss edilməkdədir. Ölkədə Qərbin demək olar ki,   bütün institutları məhv edilib, Avropanın, ABŞ-ın əksər təşkilatları sıradan çıxarılıb. Artıq Qərb institutları ilə əməkdaşlıq edənlər arzuolunmaz şəxslərə çevriliblər. Qərbin  adekvat addımları isə hələ də niyə görünmür. Görünən budur ki, Qərb Rusiyanın tamamilə çöküşünü gözləyir və anlayır ki, bu çöküşlə “şimal istiqaməti” seçən ölkələr də batacaqlar.
Lakin istisna deyil ki, Qərb Azərbaycana təzyiqlərini artıracaq. Bunun nəticəsi olaraq isə hakimiyyət tamamilə Rusiyanın tərəfinə keçəcək. Bir sözlə, Bakı Kremlin hərbi, siyasi, iqtisadi tərəfdaşına çevrilmək üzrədir.
Rusiyanın böhran içərisində çabaladıyı bir zamanda “şimal istiqaməti”ni seçmək ağlasığmazdır. Lakin rəsmi Bakı sürətlə Moskvaya yaxınlaşır. Bu gün Azərbaycanın hərbi sahədə Rusiya ilə əməkdaşlığı Qərblə müqayisədə daha böyük həcmdədir. Rəsmi Bakının Qərblə əməkdaşlığının əksər istiqamətləri imitasiya xarakteri daşıyır, yaxud da ümumiyyətlə, sabotaj olunur.
İndi Rusiya ekspertləri özləri etiraf edir ki, Qərblə mövcud münasibətlər azı iki il davam edəcək. Odur ki, Rusiyanın durumunun ağırlaşacağını ehtimal edə bilərik. Belə bir  vəziyyətdə olan Rusiya Azərbaycana hansı yardımı edə bilər? Göründüyü kimi, Qərb Azərbaycanın Rusiyanın yedəyində batmasına bu mərhələdə göz yummaq fikrindədir. Kremlin Bakıya təzyiq mexanizmi tükənmək üzrədir. Rusiyanın bir yolu qalır - Qarabağ müharibəsini yenidən alovlandırmaq. Azərbaycan iqtidarı lokal müharibədə kiçik qələbə, bir neçə rayonun qaytarılmasına nail olarsa, öz rəqiblərinə sarsıdıcı zərbələr vura bilər. Proseslərin təhlili də göstərir ki, Azərbaycan Kreml tərəfindən müharibəyə sövq edilir. Müharibə isə Qərbin maraqlarına cavab vermir. Ən azı enerji daşıyıcılarının təhlükəsizliyi baxımından Qərb buna razı ola bilməz. Avropa Yay Oyunlarına az bir vaxt qalmış şəraitdə belə bir savaşda Bakı da maraqlı ola bilməz. Lakin Rusiya irimiqyaslı deyil, lokal müharibədə maraqlıdır. Tərəflərə təzyiqini saxlaya bilməkdən ötrü Moskvaya status kvonun saxlanılması daha önəmlidir. Odur ki, irimiqyaslı hərbi əməliyyatlardan söhbət gedə bilməz. Düzdür, rəsmi Bakı bütün cəbhə boyunca müharibəyə başlamağa şirnikləndirilə bilər. Bu isə artıq son demək olardı.
Maraqlıdır ki, Bakı hamı ilə münasibətlərini korlayır. Qərbin Azərbaycan iqtidarına təzyiqlərinin arıtdığı bir zamanda yenidən Rusiya tərəfindən sıxıldığını, bunun isə ABŞ-ın enerji layihələrinə ciddi zərbələr endirdiyini nümayiş etdirmək Bakı üçün bu dəfə xilas kəməri olmaya bilər.
Yəni, Rusiya Qərbin enerji layihələrinin təminatçısı kimi çıxış edən Azərbaycan hakimiyyətini “bitirmək” istəsə, ikincinin rəsmi Bakıya dəstək verməkdən başqa yolu qalmır. Lakin əgər “Azərbaycan məsələsi”ndə tərəflər razılığa gəlsələr, vəziyyət daha da ağırlaşa bilər.
Hakimiyyətin seçəcəyi yol hamını düşündürür. Sağlam məntiq və ölkənin gələcəyi Rusiyanın “beşinci kolon”unun təmizlənməsini zəruri edir.
Rusiya öz təsir agenturasının dili ilə tələblərini açıqlayır - rus ordusu yenidən Azərbaycana qayıtmalıdır, Bakı enerjidaşıyıcılarında Moskva ilə daha sıx əməkdaşlıq etməli, siyasi iradəsinin önəmli hissəsini “könüllü” şəkildə “böyük qardaşa” həvalə etməlidir.
Moskvanın şantajlarının artdığı bir vaxtda Azərbaycanın xarici siyasətində baş verən dəyişikliklər nə dərəcədə məqbuldur? Rusiyanın təhdidlərinin genişləndiyi bir vaxtda Türkiyə və Avroatlantik məkanla əməkdaşlıq daha məqbul görünür.
Heç də təsadüfi hesab oluna bilməz ki, hakimiyyətdəki “beşinci kalon” tam hücuma keçib. Artıq onlar hakimiyyəti də Rusiyapərəst xətt yeritməyə vadar edirlər. İndiki xəttin qarşısı alınmasa, daha ağır fəsadlar törədə bilər. Ehtimal etmək olar ki, Azərbaycanın gələcəyini düşünən qüvvələr məhz Qərblə inteqrasiya yolunu seçəcəklər. Əks təqdirdə, Azərbaycan bir ölkə kimi xəritədən silinə bilər..
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024