Siyasət (26-12-2014, 12:44)
Kremlin Bakı və İrəvanı təlaşda saxlamaq taktikasının pərdəarxası
Moskvanın yeni “qamçı və kökə” siyasətinin arxasında hansı hədəflər durur?...
Rusiya ilə Azərbaycan arasında münasibətlər, belə görünür, Moskva-Ankara yaxınlaşması fonunda da ziddiyyətli olaraq qalır.
Rəsmi Bakının son aylar özünü göstərən anti-Qərb ritorikası və Kremlə reveransları da deyəsən, şimal qonşumuzu Azərbaycan sarıdan “əmin-arxayın edə” bilməyib, onun bədgümanlığını azaltmayıb.
Hər halda, iki gün öncə “RİA-Novosti” agentliyinin Azərbaycanın hərbi sirlərindən ibarət infoqrafikanı dərc eləməsi bu qənaəti gücləndirir. Çünki həmin yazı Bakıya qarşı heç də xoş məram jesti sayılmır və Azərbaycan iqtidarının əslində Qərbə kurs götürdüyünü onun üzünə vurmaq, xatırlatmaq, eyni zamanda ona xəfif xəbərdarlıq eləmək məramı güdür.
***
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Rusiyanın ən önəmli xəbər agentliyinin dünyada siyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycanın dövlət sirlərini mediaya açmasını təsadüfi hesab eləmir. O, Rusiyanın bu addımla Bakıya mesaj göndərdiyini bildirib.
Sitat: “NATO Əməkdaşlıq İnstitutu olaraq bir neçə ay öncə Rusiya peyklərinin Azərbaycan ordusunun hərəkət istiqaməti və hərbi hissələrin yerləşdiyi yerləri haqda məlumat topladığını söyləmişdik. Bu məlumatları agentliyə təbii ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi və FTX (FSB) verir. Səbəb isə Azərbaycanın hərbi sirlərini bildiklərini göstərməkdir. Bu, həm də Rusiyanın Azərbaycana dolayısıyla savaş açması anlamındadır”.
Təhlilçiyə görə, Rusiyanın hansısa bir xəbər agentliyi bunları yayırsa, demək, Moskva Ermənistana da eyni informasiyaları öz əli ilə verir: “Rusiya bu yolla həmçinin, Azərbaycana mesaj çatdırır. Hesab edirik ki, Azərbaycan buna ciddi reaksiya verməlidir. Bu olay, bir daha onu göstərdi ki, Azərbaycanın Mərkəzi Kəşfiyyat Agentliyinə ehtiyacı var. Həmin agentlik peyk kəşfiyyatı ilə də təmin olunarsa, o zaman Azərbaycan dövləti hazırda cərəyan edən çətin siyasi proseslərdə əlavə dividentlər qazana bilər. Bu həm də düşməndən daha öndə olmağa xidmət edər”.
***
Bəs Kremlin son mesajları hansı zərurətdən yaranıb?
Sözsüz ki, iqtisadi-maliyyə durumu get-gedə ağırlaşana Rusiya indi hamıdan xofludur, ələlxüsus da ətrafındakı Qərblə işlişgiləri davam edən ölkələrdən. Bakı isə Kremli “ovundurmaq” üçün nə qədər antiqərb ovqatı sərgiləsə də, fakt budur ki, Azərbaycan məhz belə ölkələrdən olaraq qalır və kursu dəyişmək niyyətində deyil. Paralel surətdə ölkəmizin iqtisadi-maliyyə göstəricilərinə, manatın kursuna Rusiya amilinin təsiri “sıfır” olaraq qalır ki, bu da Moskvanı qıcıqlandırmaya bilməz.
Yeni reallığı tanınmış rus ekspertləri də etiraf edir. Tanınmış politoloq Sergey Markedonava görə, Moskva əmindir ki, Azərbaycan yönünü Rusiyaya dəyişməyəcək: “Bu istisnadır. Ona görə ki, energetika sistemi nöqteyi-nəzərdən Azərbaycan Qərbin bir parçasıdır, Qərbdə ”energetik plüralizm" adlanan anlayışın tərkib hissəsidir. Guya Azərbaycan öz ərazisindən Qərb şirkətlərini qovacaq? Əlbəttə ki, yox. Ya bəlkə Bakı-Tiflis-Ceyhan bağlanacaq? Yenə yox. Azərbaycan Qərbə qarşı özünü qoymayacaq".
***
Maraqlıdır ki, Moskva özündən tamamilə asılı olan forpost Ermənistanı da daha çox həyəcanda saxlamaq xətti götürüb. Az öncə Kremlin “danışan dilləri”ndən olan Aleksandr Duqin İrəvanın ünvanına növbəti hədələyici fikirlər səsləndirərək demişdi ki, “Rusiyanın əsəbi durumunda Ermənistan başqa oyunlar oynasa, işi tez bitəcək”. Yəni arxadan zərbə məsələsi.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada təzəcə başa çatan toplantısı da bu xüsusda İrəvana təzə xəbərdarlıq mesajları ilə yadda qaldı. Rusiyanın dominant olduğu bu hərbi-siyasi qurum nəinki İrəvanın istəyinin əleyhinə olaraq 12 noyabr vertolyot insidentinə münasibət bildirmədi, üstəlik, açıqca eyham vurdu ki, Azərbaycanla müharibə başlayacağı təqdirdə nə KTMT, nə də Rusiya Ermənistana tərəfdə hərbi əməliyyatlara qatılmayacaq, yalnız bütün siyasi-diplomatik vasitələrdən yararlanaraq savaşı dayandırmağa çalışacaq.
Rusiyalı ekspertlər də eyni, erməniləri məyus edəcək fikirlər söyləyir. “Azərbaycanla Ermənistan arasında Rusiya ordusunun iştirakı ilə müharibə olmayacaq. Buna əminəm. Müharibə Moskva üçün fəlakət olardı” - politoloqlardan biri toplantının yekunlarını şərh edərkən məhz belə deyib. Əlbəttə ki, Kremlin savaş variantından qaçmasında güclənən Türkiyə faktorunun da təsiri var.
***
Beləcə, Kremlin Bakı və İrəvana münasibətdə ritorikanı sərtləşdirmək istəyi sezilir. İstisna deyil ki, olduqca gərgin keçəcəyi gözlənilən 2015-ci illə bağlı bu, Rusiyanın qonşular sarıdan özünü daha güclü sığortalama taktikasıdır - ki, ən azından Güney Qafqazın münaqişədə olan bu iki ölkəsini özündən daha asılı edib, daha gözüqıpıq durumda saxlasın
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024