Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (19-04-2022, 22:06)
Ədalət Bağırov dahidirmi?

 







Ləğv olunmuş “ANS” televiziya kanalında “Dahilərin divanı” adlı veriliş vardı. Hər dəfə mərhum məşhurlardan birini müzakirə edirdilər: “Filankəs dahidirmi?” Və nədənsə həmin veriliş telekanalın özündən də qabaq yığışdırıldı.
Amma heyf! “ANS”-in hüquqi varisi olan “RealTV” o verilişi bərpa etmiş olsaydı, bu yazıda haqqında söz açacağımız adam necə də divan qurulası şəxsiyyət idi! Şəxsən bu sətirlərin müəllifi, nobelçi alimlər bir yana, amma keçən əsr yetişmiş heç bir orta və daha yuxarı yaşlı mütəxəssisin – həkimin, müəllimin, mühəndisin və s. bu gün cavan və perspektivli həmkarı ilə əvəz oluna bilməyəcəyinə inanmıram. İndi elm və texnologiya bir qərinə əvvəlkinə nisbətən xeyli inkişaf edib, bütün peşə və ixtisaslar üzrə dövrün tələbləri dəyişib. Hafizələri yaşla əlaqədar korşalmış köhnə kadrları təkmilləşdirməkdənsə, yeni, kreativ ideyaları həyata keçirmək arzusu ilə yaşayan cavanları işlə təmin etmək daha yaxşı olmazmı?Mediatv.az-a verilən məlumata görə, sən demə, Azərbaycanda bilik və qabiliyyətləri bütün dövrlər və bütün profillər üzrə keçərli olan,bütün sahələrin "bilicisi olan" sanki ömrünün böyük bir hissəsini birinci şəxs olmağı "öhdəçilik  götürmüş" bir şəxs varmış – Bağırov Ədalət Əpiş oğlu!   Elə bil, bu adama sovet dönəmində Azərbaycanda və ya MDB ali məktəblərinin hansındasa, elə bir universal, çoxprofilli təhsil verilib ki, hər sahədə rəhbər vəzifədə çalışa bilər. Hörmətli oxuculardan kim elə bir universitet tanıyırsa, zəhmət olmasa, bildirsin, - “Mediatv.az”-ın redaksiyasını bu barədə məlumatlandırsın!
Ədalət Bağırov təqribən on il, “Azərsu” ASC-nin struktur vahidlərindən olan Magistral Su Kəmərləri İdarəsinin rəisi işləyib. Qorxmaz Hüseynov “Azərsu” rəhbərliyinə gələndən bir müddət sonra o həmin vəzifədən uzaqlaşdırıldı. Ancaq Ədalət Bağırov “fenomenal” bacarıqlarına görə Bakı – Tbilisi – Qars dəmiryol xəttinin çəkilişini reallaşdıran idarələrdən birinə rəis getdi və hətta həmin sahədə səmərəli xidmətlərinə görə 2017-ci ildə “Tərəqqi” medalına da təqdim olundu. Artıq iki ildir ki, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin direktorudur.Mediatv.az-ın redaksiyasını məlumatlandıran şəxsin sözlərinə görə Ədalət Bağırov son 20 ildə  üç müxtəlif sahəyə rəhbərlik edib.Bu üç sahənin heç biri bir-birilə uzlaşmır.
Beləliklə, suallar yerindədir və cavab gözləyir: Ədalət Bağırov dahidirmi? Onun diplomunda bir neçə sahə üzrə (su təsərrüfatı, dəmiryolçu, kommunal sektor və s.) ixtisas bilgilərinə yiyələnməsi necə təsdiqlənib? Ən nəhayət, onun adamı, havadarı, himayədarı kimdir?шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024