Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (14-12-2014, 19:41)
Türkiyə düşmən elan ediləcək - Bütün dünya bundan danışır

Türkiyə düşmən elan ediləcək - Bütün dünya bundan danışır

 

Rusiya prezidenti   Vladimir Putinin  Türkiyə səfəri zamanı, "Cənub Axını" layihəsini ləğv etməsi ilə bağlı  sensasion məlumat yayılıb. 
Avropa.info xəbər verir ki,  Rusiyanın  "Ria Novosti" agentliyində yayılan məlumata görə, Qərb Türkiyəni  Rusiya ilə iqtisadi anlaşaya görə, düşmən elan edə bilər. Həmin məqaləni təqdim edirik:
       Türkiyəyə gələn  Qərbli  nümayəndələr, Ankaranın  boru xəttindən vaz keçməsini istəyiblər
"Cənub  Axını" layihəsinin ləğv edilmə xəbəri Avropaya çatar-çatmaz, Avropa Birliyinin Xarici və Təhlükəsizlik  üzrə təmsilçisi   Federica Mogherini, Avropa Birliyi  Komissiyasının , Avropa Qonşuluq Siyasəti  və Genişlənmə  müzakirələri üzrə səlahiyyətlisi  Johannes Hahn  və İngiltərə baş naziri  Devid Cameron Türkiyəyə  gəldilər. Xəbərlərə görə, istəkləri  Ərdoğan hökumətini Rusiya ilə "Cənub  Axını"nın yerinə inşası planlaşdırılan boru xəttindən vaz keçdirmək olub.
  
                                     Qərb  Rusiya ilə qarşı-qarşıya gəlir
Burada təkcə Avropa Birliyinin deyil, ABŞ-ın niyyətinə də diqqət yetirmək lazımdır. Çünki  Qərb hazırda Rusiyaya qarşı gəlir, bu da milli maraqları istiqamətində Rusiya ilə qarşılıqlı sazişlər imzalayanların avtomatik olaraq Qərbin düşməni halına  düşdüyü  anlamına gəlir. Bu halda Türkiyəni  də , NATO üzvü olmasına baxmayaraq Avropanın düşmən siyahısına əlavə etmək lazımdır.
 
                                       Yerkökü və Dəyənək taktikası tətbiq ediləcək
 
Qərb yerkökü və dəyənək taktikasından istifadə edəcək, ilk olaraq dövrəyə yerkökü girəcək. Başqa sözlə, Avropa Birliyi rəsmiləri ən cəlbedici təkliflərini irəli sürəcəklər. Hətta Türkiyəyə 1-2 il ərzində Avropa İttifaqının  tərkibinə salınmağı da təklif edəcəklər. Bu təbii ki, Avropa Birliyinin maraqlarına uyğun gəlmir. Lakin hazırda məqsəd Türkiyəni  Rusiyadan qoparmaq və elan edilən layihənin həyata keçməsinə yol verməmək. Yəni, Türkiyəyə  yerkökü sözü verilib. Lakin Ankara və Brüssel bu sözlərin o qədər də dəyərli olmadığını anlayırlar. Yarım əsr ərzində Türkiyə, Avropa Birliyinə üzv olmaq üçün zamanını gözləyir və hətta bu üzvlük üçün, bir çox şeylər etdi.  Lakin, Türkiyəni bu birliyə üzv etmədilər.  Bu  səbəbdən də,  prezidenti Rəcəb Tayyib Ərdoğan  Avropalı qonaqlarına yeni boru kəmərinin  inşa ediləcəyini qəti şəkildə bildirib. Yəni  Avropanın  bütün bu səylər işə yaramadı. Bu səbəbdən böyük ehtimalla növbəti nümayəndə heyəti Amerikadan olacaq və yaxşı polis, pis polisi oynamağa davam edəcəklər. Nə olursa olsun, son söz Türkiyənin olacaq.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024