Karusel (12-12-2014, 11:41)
Siyavuş Novruzov: “Müəllimlərin maaşları artırılsın”
Siyavuş Novruzov problemdən çıxış yolunu belə görür; Vahid Əhmədov əməkhaqları məsələsinin gündəlikdə olduğunu deyir
YAP-çı deputat Siyavuş Novruzov ölkə təhsilindəki problemlərdən çıxış yolunu göstərib.
Deputat təklif edib ki, akademiyanın institutları birləşdirilsin, orta məktəblərdə müəllimlər ixtisar edilsin, maaşlar isə artırılsın: “Bu gün ali məktəblərin səviyyəsi olduqca yüksəkdir. Həm təmiri, həm texniki təchizatı yüksək şəkildədir. Onun tərkibində dəyişiklik etmək lazımdır. Dəyişiklik də əmək haqqından asılıdır. Bu olduqca çətin islahatdır.
Ona biz getməliyik. Bunun üçün müəllimlərin sayı azaldılmalıdır, maaş isə artmalıdır. Kimin qabiliyyəti çatır, oturub işləməlidir, kimin də qabiliyyəti çatmır, həm xalqın uşağını şikəst etməməlidir, həm də digərlərin boğazına şərik olmamalıdır".
S.Novruzovun fikrincə, müəllim sinifdə yaxşı dərs deyəndən sonra uşağın repetitor yanına getməyinə ehtiyac qalmır: “Oturub kitabdan oxuyar, istiqamətə uyğun hazırlaşır. Yaxşı müəllimin özü istiqamət verir. İndi bizdə bəzi universitetlərdə tələbə müəllimdən savadlıdır.
Çünki tələbə girir internetə, hər bir yerdən oxuyur. Müəllimlərin isə çoxu ötən əsrin 70 - 80-ci illərində yazdığı konspektlə gəlib tələbəyə dərs deyir. Tələbə də ona qulaq asmır".
Deputatın bu təklifini məntiqli hesab etməyənlər var. Onların fikrincə, hökumət faydasız investisiya layihələrinə sərf etdiyi vəsaitləri müəllimlərin əmək haqlarını artırmağa yönəldə bilər.
Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, müəllimlərin əməkhaqlarının artırılması gündəlikdə olan məsələdir. Deputatın sözlərinə görə, parlamentin plenar iclasında da bu məsələ qaldırılıb: “Müəllimlərin maaşlarının artırılması ilə bağlı büdcədə 4, 5 faiz artım nəzərdə tutulub. Təhsil naziri Mikayıl Cabbarov məlumat verdi ki, müəllimlərin hazırda attestasiyası keçirilir və əməkhaqları onların qabiliyyətinə görə artacaq”.
V.Əhmədov hesab edir ki, müəllimlərin ucdantutma ixtisarı qeyri-mümkündür: “Akademiyanın instutları konkret sahələr üzrə fəaliyyət göstərir, təhqiqatlar aparır. Rəhbərlik müəyyən işlər də görür. Ancaq problemlər var və bəzi institutları birləşdirmək olar. Bu məsələnin əmək haqlarına bir əhəmiyyəti olmaz. Razıyam ki, əməkhaqları artırılmalıdır. Bu gün müəllimləri maaş problemi mövcuddur. Əsas problem kəndlərdə, ucqar yerlərdə işləyən müəllimlərlə bağlıdır. Ancaq ucdantutma ixtisarlar aparmaq olmaz. Bunun sayı-hesabı var, dərs tutumunu müəyyən etmək lazımdır. Mikayıl Cabbarov bu işlərlə məşğuldur və müəllimlərin bilik səviyyəsinə görə əməkhaqları müəyyən ediləcək”.
Deputat büdcədə vəsait problemi olmadığını deyir: “Bu məsələni kökündən həll etmək lazımdır və biz hökumət qarşısında problemi qaldırmışıq. Niyə 11 il təhsil alan məktəbli repetitor yanına getməlidir və pul xərcləməlidir? Bu gün ən az əmək haqqı müəllimlər alır. Cəmi orta əmək haqqının 50 faizini alırlar. Bu problem ciddi məsələdir və hökumət həll etməlidir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024