Dövlət Təhlükəsizlik Xidmətinin ötən ilin may ayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat bu sahədə dövlət vəsaitlərinin necə talandığını açıq-aşkar cəmiyyətə göstərmiş oldu.
Anar Kərimovun Mədəniyyət naziri təyin edilməsindən 9 ay ötsə də bu qurumda hələ ki, aparılan islahatlara rəğmən ciddi nailiyyətlər əldə edilməyib.
Lakin nazirlikdə baş verən son olay Anar Kərimovun mədəniyyət sahəsində baş verən korrupsiyanı tamamilə aradan qaldıracağına ümidlər yaradır.
Mədəniyyət nazirliyinin ötən həftə ictimaiyyətə vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə xitam verməsi barədə məlumat verməsi bu sahədə ciddi mübarizə aparıldığının bariz nümunəsidir.
Qlobal.az-ın əldə etdiyi məlumata görə Mədəniyyət Nazirliyinin ölkənin ucqar regionlarında fəaliyyət göstərən strukturlarında sabiq nazir Əbülfəs Qarayevin "ənənələri" hələ də yaşamaqdadır.
Maraqlıdır ki, Anar Kərimovun regional idarələrə təyin etdiyi rəislər də nədənsə bu "ənənə"ləri pozmaq istəmirlər.
Qlobal.az-ın əldə etdiy məlumata görə Əbülfəz Qarayevin "parlaq ənənə"səninin yaşadığı, inkişaf etdiyi mədəniyyət qurumlarından biri də Ağcabədi rayon Regional Mədəniyyət İdarəsidir.
Bu İdarənin tabeliyindəki müəssisələrdə əvvəlki rəhbərliyin dövründə olduğu kimi hələ də adları rəsmi iş ştatında olan işçilərin böyük əksəriyyəti işə gəlmədiyi, əvəzində isə hər ay aldıqları məvacibin 50 faizi İdarə rəhbərliyinə geri qaytardıqları iddia edilir.
Bu halın əsasən uşaq incəsənət və musiqi məktəblərində geniş yayıldığı deyilir.
Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən ümumilikdə 26 uşaq incəsənət və musiqi məktəbində də belə neqativ halların yaşandığı bildirilir.
Qeyd edək ki, Ağcabədi Regioanal Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovdur.
Qalib Həsənov cari ilin avqust ayında bu vəzifəyə təyin edilib.
Mədəniyyət Nazirliyindən məsələyə münasibət öyrənə bilmədik.
Karusel / Slayd (29-10-2021, 09:41)
Regional Mədəniyyət İdarəsində Əbülfəs Qarayev ƏNƏNƏLƏRİ... - İDDİA
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024