Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Asrofizika Rəsədxanası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Morgan-Az2021” MMC (VÖEN- 1904850541) olub.
"Morgan-Az2021” MMC AMEA-ya ümumi dəyəri 40 min manat olan maşın və avadanlıqlar satacaq.
Məlumat üçün bildirək ki, AMEA tender müsabiqəsini bu ilin sentyabr ayının 3-də elan edib. Maraqlıdır ki, tenderin qalibi olan "Morgan-Az2021” MMC tender elanından cəmi 2 gün əvvəl – 31.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb.
Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 2 gün əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış sahəsi (Yeni Günəşli qəs.), ev 153, m. 40”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Mövlud Tərxan oğludur.
Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, iyul ayında “Morgan-Az2021” MMC-nin qeydiyyatda olduğu Yeni Günəşli qəsəbəsində bənzər adlar altında onlarla MMC dövlət qeydiyyatına alınıb.
Həmin MMC-lərin bəzilərini təqdim edirik: //Azsiyaset.az//
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024