“Mənzil növbəsində ailəmizin süründürməçiliyinə son qoyulsun” .
Bu sözləri Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı bildirib. Onun sözlərinə görə, bu problemlə bağlı dəfələrlə müraciətlər göndərib, lakin formalism xatirinə də olsa cavab gəlməyib.
“Azərbaycan Respublikasın Əmək və Əhalinin Social Müdafiəsi Nazirliyinin xəttilə şəhid ailələri üçün hər bir rayonda tikilib istifadəyə verilmiş yeni mənzillərin istifadəyə verilməsilə əlaqədar, mən də şəhid ( Əbdürəhimov Faiq Məmmədəli oğlunun) anası kimi 8 ay süründürməçilkdən sonra - 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam. Siyahıda mənim adım şəhid ailələri arasında 11-cidir. Amma nə olsun. 9 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır.
2014-cü il tarixli Sərəncamında da qeyd edilir ki, qalan şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və təmin olunsunlar. Amma 1-ci Qarabağ Müharibəsində oğullarını itirmiş biz şəhid anaları görmürük. Məsələn, bizim kənddə 18, Baş Layısqı kəndində 23, Baş Göynük kəndində də 22 şəhid olmuşdur. Bu günə kimi heç birinə bir mənzil verilməyib. Və eləcə də digərləri. Hamısı da kasıb ailələrdir. Onlar da mənim kimi mənzil növbəsində dursalar da 28 ildir ki, gözləməkdədirlər.
2000-ci ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm. Böyük oğlum Faiqi də bu evdən həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu 1 otaqlı fındıq çübuğu çəpərindən və palçıqla hörülmüş daxmadan yola salmışam.( foto əlavə edilir.) Zəngilan və Füzuli istiqamətlərində “Şəki Faiq” kimi ad çıxarmış əfsanəvi şəhid oğluma qarşı dövlət orqanlarının məsuliyyətsizliyi başa düşülən deyil”.Şəhid anasının sözlərinə görə, 9 ildir ki, şəhid ailəsi növbəsində 11-ci olmaqla yerində sayır.
“Guya bu 9 ildə heç bir şəhid ailəsinə mənzil verilmədi. İşin indiki gedişatı onu sübut edir ki, mənim 5000 manat pulum olmadığına görə bundan sonra 100 il də gözləsəm bu “vicdanlı” məmurlar evlə təmin edən deyillər.
Xatırladım ki, hazırda 74 yaşım var. Xəstəyəm. Mən bir ana kimi ümidlə yaşayırdım ki, kiçik oğlum( 36 yaşlı) Həzini evləndirmək, digər oğullarımı da bir yerə yığıb yaşamağım üçün bir şəhid ailəsi olaraq bizə kəndimizdə hökümət tərəfindən bir ev tikilib verilməsini gözləyirdim. Amma bu ilin 19 iyulunda kiçik oğlum xərçəng xəstəliyindən dünyasını dəyişdi. Onu müalicə etməyə pulumuz olmadı. Doğrusu belə bir süründürməçi, məsuliyyətsiz, bürokrat məmurlar olan bir yerdə yaşamağı da istəmirəm. Mən iki oğul itirdim. Bu məmur sürüsündən heç kim qapımı açıb ikinci dəfə baş sağlığı da vermədilər.
Onu da bildirmək istəyirəm ki, Şəki İcra Hakimiyyətinin səlahiyyətli şəxsi bir il əvvəl evimə bir qumarbaz məmurla ismarıc- xəbərdarlıq göndərib ki, «Məfkurə bir də şikayət etsə o ev üzü görməyəcəkdir!». Elə bil ki, bu adamın dədəsindən ev istəyirəm”,-deyə şəhid anası bildirib.
Məsələ ilə bağlı Şəki şəhər İcra Hamikiyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimyol.info
Karusel (18-10-2021, 14:12)
İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: - “Bir də şikayət etsə...”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024