"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti Vətən Müharibəsi iştirakçısını məhkəməyə verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bank tərəfindən Vətən Müharibəsi iştirakçısı, baş gizir İmanov Murad Tarverdi oğluna qarşı Gədəbəy Rayon Məhkəməsində müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlı iddia qaldırılıb.

İşə hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İ.Murad Prezident İlham əliyevin sərəncamına əsasən, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalı ilə təltif edilib.