Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (18-08-2021, 23:12)
Qədir Xum hara, restoran hara ?

Hacıqabulda Hacı İltifatın Qədir Xum restoranı yaşıllıqları məhv edir- Hacı İltifat balıq zavodunun 800 hektar ərazisini “işğal“ edib
Son 30 ildə bir çox milli-mənəvi-dini dəyərlərimiz sıradan çıxdı. 
Məsələn, bir də görürsən kimsə, Nizami Gəncəvinin adına spirtli içki istehsal edir və araq butulkasının üstünə dahi Nizaminin şəkilini vurur. 
Bu nadanı başa salma    q olmur ki, dahi şairimizə Şeyx Nizami deyiblər. Şeyx hara, araq hara ? 
Yəni müxtəlif məhsullara, yaxud obyektlərə  ad verəndə bir azca düşünmək lazımdır. 
Bu girişi nə üçün yazdıq ?
Restorana  “Qədir Xum”adı verən kəs görəsən, Qədir Xum-un mənasını anlayırmı ?
Bilməyənlər üçün qeyd edək ki, Qədir Xum İslam aləmində böyük bayramlardan biri hesab olunur. Bu yer  Məkkə və Mədinə arasında yerləşən bir  diyarın adıdır. Və məhz bu yerdə  Məhəmməd peyğəmbər  (s)  Həzrət Əlini ümmətə rəhbər, xəlifə, canişin təyin etmişdir. 
Başa düşdünmü, Hacı İltifat ? 
İndi özün de, Qədir Xum-un restorana, zooparka, marketə, avtoservisə nə dəxli var, ay adam ? 
Bəli, söhbət Hacıqabul rayonunda Bakı-Şirvan yolunun kənarında yerləşən Qədir Xum  restoranından gedir. 
Bu adi restoran deyil, ailəvi istirahət mərkəzidir, marketi var, banket zalları var, avtoservisi var, zooparkı var, əyləncə mərkəzi var və s..
Axı, əyləncə mərkəzini Həzrəti Əlinin adı ilə bağlamaq yolverilməzdir, ay Hacı ? 
Məlumat üçün qeyd edək ki, bu mərkəz  2013-cü ilin iyun ayından fəaliyyət göstərir. 
Bu mərkəzin  fb səhifəsinə daxil olan kimi restoranın hay-küylü  reklamları göz qamaşdırır. 
Və diqqəti çəkən bir də o olur ki, ətrafdakı bütün yaşıllıqlar məhv edilir, ortada böyük bir  restoran tikilib. 
Ay Hacı, fb səhifəsindəki reklamda qeyd edirsən ki, hədəfimiz   ƏCNƏBİ QONAQLARA milli mətbəximizi nümayiş etdirməkdir. 
Ay Hacı, ətrafdakı yaşıllıqları məhv etmisən və hazırda ağacları qıra-qıra  gedirsən. Bunumu, əcnəbilərə nümayiş etdirəcəksən ? 
Restoranda araq vermisən, buna görə sağ ol, məgər ağacları kəsib-doğramaq  savabdır, səncə, günah deyil ? 
Həmən ağaclar  dövlət vəsaiti hesabına çətnliklə salınıb-becərilib. Sən isə  məhv edirsən, restoranlarını genişləndirirsən. İstirahət mərkəzin az qala  respublika əhəmiyyətli yolu kəsib. Sənə kim ixtiyar verib ki, yolu kəsirsən. 
Hətta ətrafdakı əraziləri qeyri-qanuni zəbt edirsən, şikayət edəndə isə Çeçenistandakı nüfuzlu  dostların vasitəsilə təzyiq etdirirsən. Sən Azərbaycan dövlətinə güc göstərirsən, hacı İltifat ? 
Sən hədə-qorxu gəlirsən, millətə ?
Sən rayondakı balıq zavodunun 800 hektar ərazisiniz zəbt etmisən, öz adına sənədləşdirmisən. Bu sənə azlıq edir, hələ bir dövlətin yolunu da zəbt edirsən. 
Bakıda  Əhmədlidəki mal-mülkün, torpaq sahələrin sənə azlıq edir ? 
Hacı İltifat, müsəlmanın ən böyük döyüşü, öz NƏFSİLƏ olan döyüşdür. Bunu unutma. 
Və unutma ki, Azərbaycan dövləti biraz gec olsa da hər kəsi layiq olduğu  yerə yollayır. /Gundelik-baku.com/
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024