Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (7-09-2014, 14:11)
Azərbaycanı dünyada turizm diyarı kimi təbliğ etməliyik

 

Zəngin tarixi, mədəni irsi və əlverişli təbii şəraiti olan respublikamız iqtisadiyyatın digər sahələrində olduğu kimi, turizm sahəsində də nailiyyətlər qazanır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə turizmin inkişafına xüsusi diqqət yetirilir. Son 10 ildə ölkə rəhbərliyi tərəfindən bu sahəyə diqqət və qayğı milli turizm kompleksinin nəinki rəqabətə davamlılığını yüksəldib, onu dünyada öncüllər sırasına çıxarıb. Təsadüfi deyil ki, 2011-ci il ölkəmizdə “Turizm ili” olub. Artıq bir ildir ki, Azərbaycan Dünya Turizm Təşkilatının (DTT) İcraiyyə Şurasının üzvüdür.


Ölkəmizə xarici turist axınının yüksəlişi, bölgələrdə daxili turizmin inkişafı, respublikamızın turizmlə bağlı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi müvafiq qurumların üzərinə daha böyük məsuliyyət qoyur. Bu baxımdan Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırovun AzərTAc-a müsahibəsini oxucularımızla bölüşürük.


- Nahid müəllim, AzTA 2010-2014-cü illərdə ölkəmizdə turizmin inkişafına dair Dövlət proqramının icrası ilə bağlı hansı işləri görüb?


- İlk növbədə qeyd etmək istərdim ki, bir ictimai təşkilat kimi AzTA bu proqramın hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edib. Təşkilat otel biznesində peşəkar kadrların hazırlığı üçün Amerikanın Qonaqpərvərlik İnstitutu (AHLEİ) ilə əməkdaşlıq çərçivəsində və müqavilə əsasında bu işi həyata keçirib. Bildiyiniz kimi, son illər Azərbaycanın bir sıra şəhərlərində, xüsusilə Bakıda 5 ulduzlu brend otellər istifadəyə verilib və bu əməkdaşlıq günün vacib tələbi idi.
AzTA-nın dəstəyi ilə bir çox turizm şirkətləri beynəlxalq və respublika səviyyəsində sərgilərdə respublikamızı yüksək səviyyədə təmsil ediblər. Təşkilatın təşəbbüsü ilə ölkə daxilində və xaricində keçirilən infoturlar vasitəsilə ölkəmizin turizm potensialı təbliğ və təşviq olunub.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutu ilə sıx əməkdaşlıq çərçivəsində ekskursiya bələdçilərini hazırlayır və 2015-ci ildə ilk Avropa oyunlarına hazırlıqla əlaqədar bu iş davam edir. Bundan əlavə, nazirlik ilə birgə turizm obyektlərində xidmət səviyyəsini yüksəltmək üçün keçirilən monitorinqlərdə fəal iştirak edirik.
2011-ci il - “Turizm ili”nin tədbirlər planının hazırlanmasında və həyata keçirilməsində də yaxından iştirak etmişik.
Ölkəmizin uğurla ev sahibliyi etdiyi “Evrovisin-2012” mahnı müsabiqəsinin rəsmi tərəfdaşı olmuş AzTA qonaqların qarşılanması, otellərə yerləşdirilməsi və digər xidmətləri ilə ona göstərilən böyük etimadı doğruldub.
Təşkilatımız yeni turizm marşrutlarının hazırlanmasında, Dünya Bankının dəstəyi ilə respublikanın şimal-qərb regionunda turizmin inkişafı layihəsində də fəal iştirak edir. Dünya Bankının dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə 33 turizm peşə standartlarını hazırlamışıq. Beləliklə, AzTA–nın Dövlət proqramının həyata keçirilməsi istiqamətində fəaliyyəti bu gün də davam edir.


- AzTA-nın cari layihələrinin icra vəziyyəti və gələcək planları barədə nə deyə bilərsiniz?


- AzTA hazırda 60-dək aparıcı oteli, 90-dan çox turizm şirkətini öz ətrafında birləşdirir. İctimai təşkilat kimi onların maraqlarını müxtəlif səviyyələrdə, o cümlədən dövlət qurumlarında qoruyur.
Layihələrimizdən biri də beynəlxalq şəbəkə sisteminə daxil olan otellərin baş menecerlərinin Azərbaycan Turizm İnstitutunda ilk mühazirələrini təşkil etmək olub.
AzTA qida, humanitar kolleclərinin, Bakı Turizm Peşə Məktəbi tələbələrinin turizm şirkətlərində və otellərdə təcrübə keçmələrini, Turizm İnstitutu ilə birlikdə otellərin ön büro üçün peşəkarların hazırlanmasında kurslar təşkil edib. UNESCO və Təhsil Nazirliyinin əməkdaşlığı ilə reallaşdırılan layihələrdə, ilk peşə - kurikulumların tədrisi olan mehmanxana inzibatçısı kitabının meydana çıxmasında AzTA-nın rolu böyükdür.
Təşkilatımız İsmayıllı rayonunda açılmış turizm peşə məktəbi üçün qeydiyyatçı ixtisası üzrə peşə standartlarını hazırlayıb. “Era Style” turizm şirkəti ilə birgə layihəmizə uyğun olaraq turizm ixtisaslı tələbələr Türkiyəyə təcrübəyə göndərilib.
AzTA-nın gələcək planlarından biri də regionlarda hotel və restoran biznesi üçün kursların təşkilidir. Bu məqsədlə Qəbələ, Qusar, İsmayıllı turizm peşə məktəbləri və Mingəçevir turizm kolleci ilə sıx əməkdaşlıq edirik.
Regionlara və xarici ölkələrə turizm şirkətləri üçün infoturların təşkili də planlaşdırılır.
Təşkilatımız turizm şirkətləri və otellərin xidmət heyəti üçün müxtəlif ixtisaslar üzrə qısa müddətli kurslar keçirir. Turistlərin tələbatına uyğun yeni marşrutların və xidmət növlərinin hazırlanmasında turizm şirkətləri və otellərlə sıx əlaqədə çalışırıq.
Biz həm də Mədəniyyət və Turizm Nazirliyi, turizm təhsil ocaqları və digər qurumlar ilə yeni layihələr üzərində işləyirik.


- AzTA-nın beynəlxalq əlaqələrinin daha da genişlənməsi istiqamətində hansı işlər görülür?


İlk növbədə qeyd etmək istərdim ki, 2013-cü ildə Afrika qitəsinin Zambiya dövlətində keçirilən Dünya Turizm Təşkilatının XX Baş Assambleyasında AzTA-nın sədri, DTT-yə qoşulmuş üzv ölkələrin İcraiyyə Bürosunun Avropa üzrə vitse-prezidenti seçilib. Eyni zamanda DTT–nin Avropa komissiyasının növbəti iclasının bu il ərzində Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Azərbaycan bu nailiyyəti ilə beynəlxalq turizmdə nüfuzunu bir daha təsdiq etdi.
AzTA-nın beynəlxalq turizmdə nüfuzu ildən-ilə artır. Artıq Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan və digər ölkələrin turizm assosiasiyaları, eləcə də Dünya Turizm Bələdçilər Assosiasiyası ilə əməkdaşlıq memorandumları imzalanıb.
Bir sıra beynəlxalq konfrans və sərgilərdə, o cümlədən Həştərxanda “Turizm və rekreasiya” beynəlxalq elmi-praktiki, Moskvada MDB ölkələri ilə mədəni dərk etmə turizm beynəlxalq konfransında, Koreyada DTT-nin konfransında, Serbiyada “Balkan ölkələri - Azərbaycan forumunda”, İzmirdə keçirilən sərgidə AzTA təmsil olunub və fəal iştirak edib. Biz İATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) ilə də əməkdaşlıq edirik.
Cari ildə bir sıra assosiasiyalarla əməkdaşlıq sazişləri imzalanıb. Beynəlxalq turizm əlaqələrinin möhkəmləndirilməsində AzTA öz səylərini genişləndirir.


- Turizm sektorunda mövcud problemlərin həlli istiqamətində hansı işlər görülür?


- Hər sahədə olduğu kimi, turizm sektorunda da problemlər olur. Səviyyəli peşəkar kadrların çatışmazlığı, xidmətin istənilən səviyyədə olmamağı, zəif idarəçilik, sahibkarlarla menecerlər arasında anlaşılmazlıq və digər bu kimi problemlərə regionlarda daha çox rast gəlinir. AzTA fəaliyyətini bu problemlərin aradan qaldırılması istiqamətində genişləndirir.
Bir sıra otellərin lisenziyasız fəaliyyəti bizi düşündürməli, yerli icra orqanları bu işdə Mədəniyyət və Turizm Nazirliyinə yardımçı olmalıdır. Çünki lisenziyasız fəaliyyət göstərən turizm obyektləri qeyri-qanunidir və onların fəaliyyəti müvafiq səlahiyyətli orqanlar tərəfindən dayandırılmalıdır. Belə obyektlər məsuliyyət daşımır və təbii ki, onlarda xidmət səviyyəsi aşağıdır. Yaxud bir sıra turizm şirkətləri turistlərlə müqavilə bağlamırsa və onları sığorta ilə təmin etmirsə, o turizm şirkətləri cəzalandırılmalıdır. AzTA bu halların qarşısını almaq üçün turistlər arasında maarifləndirici iş aparır.


- Azərbaycan Turizm Assosiasiyasının saytında hansı yeniliklər etməyi planlaşdırırsınız?


Saytımızda turizm, şirkətlərin fəaliyyəti, otellərdə tətbiq olunan innovasiyalar, beynəlxalq turizmə aid materiallar öz əksini tapır. Burda turizm obyektləri, muzeylər, teatrlar, Azərbaycanın və Bakının görməli və gəzməli yerləri barədə məlumatlar toplanıb. Təbii ki, turizmin inkişafı ilə əlaqədar sayt mütəmadi yeniləşməli və yeni məlumatlarla zənginləşməlidir. Təşkilatımız bu sahədə turizm şirkətləri və otellərlə informasiya mübadiləsi aparır. Ümidvarıq ki, yaxın gələcəkdə AzTA–nın saytı daha zəngin məlumatlarla turistləri və turizm mütəxəssislərini cəlb edəcək.
-Maraqlı müsahibəyə görə minnətdarlıq edirik

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024