Karusel (11-09-2019, 11:08)
“Eldar Mahmudovu Rusiya ifşa etmişdi” - partiya sədrindən iddia
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə açıqlaması ciddi rezonans doğurub.
Deputat 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində başlanan əməliyyatın məntiqi sonluğuna çatmadığını bildirib.
“İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir. MTN işinin məntiqi sonluğa çatmaması bəzilərini cürətləndirib” deyə, deputat vurğulayıb.
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a deyir ki, Qüdrət Həsənquliyevin məlum açıqlaması deputat həmkarlarının ictimaiyyətin marağına səbəb olan fikirlərinə cavabdır: “Eldar İbrahimov bəzi adamları xarici dövlətlərə işləməkdə ittiham edib. Onlara saxta deputat mandatı verdiklərini etiraf edib. Hətta iqtidarın onlara çoxlu pul qazanmaları üçün şərait yaratdığını, imkan verdiyini bəyan edib. Qüdrət Həsənquliyevin fikirləri ona cavabdır, o, Eldar İbrahimovu nəzərdə tutur. ”MTN işinin məntiqi sonluqla nəticələnmədiyini" deməklə işarə vurmaq istəyir ki, Eldar İbrahimovun da o işlərdə əli var. İstintaq genişləndirilə bilər. Görünür, əllərində Eldar İbrahimovla bağlı da faktlar var. Həmin faktları istintaqa təqdim edə bilərlər".
S.Cəlaloğlu deyir ki, E.İbrahimovun dərhal geri çəkilməsi suallar doğurur: “O, intervüsündə çox aydın şəkildə parlamentdə müxalif adı ilə oturanların xarici dövlətlərə işlədikləri, xarici qüvvələrə qulluq elədiklərini vurğulayıb. Onlara yaradılan şəraitə baxmayaraq yenə də öz əqidələrinə sadiq qalmalarını açıq şəkildə ifadə edib. Sözünü geri götürməyə çalışsa da, bu gedişi uğurlu adlandırmaq olmaz”.
Sərdar Cəlaloğlu deyir ki, bu gün xaricdə oturanlar var ki, filan ünvanda, saat filanda yığışın, filan qərarları qəbul edin kimi göstərişlər verirlər: “Bu adamlar bunu necə edirlər? Biz Bakıda ola-ola həmin ünvanları bilmirik, bir yerə yığışa biləcək auditoriyadan xəbərimiz yoxdur. Bu adamlar isə xaricdə oturublar, o qədər dəqiq məlumatlar verirlər ki, istər-istəməz suallar yaranır”.
Sərdar Cəlaloğlu deyir ki, Eldar İbrahimov Qüdrət Həsənquliyevi xarici dövlətlərə işləməkdə ittiham etdiyi kimi, o da eynilə ona qarşı ittihamlar səsləndirir: ““MTN işi” bilavasitə Rusiyanın təşəbbüsü ilə başlanıb. Eldar Mahmudovun kim olduğunu Rusiya ifşa etmişdi. Eldar Mahmudov Rusiyanın əleyhinə olan qüvvələrə xidmət edib. Qüdrət Həsənquliyev də bu cinayət işinin məntiqi sonluqla nəticələnmədiyinə işarə vurmaqla demək istəyir ki, Rusiya digər məmurların da bu prosesdə iştirakı ilə bağlı faktlar verə, yenidən cinayət işinin başlanmasına təkid edə bilər. Bu zaman Eldar İbrahimov da, digərləri də bu prosesdə sorğu-sual oluna bilər. Faktiki olaraq ittihamlar hər iki tərəfin doğru söylədiyini ortaya qoyur".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024